Təzə evlənənlər arasında maraqlı sorğu keçirilib. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırma nəticəsində son illərdə boşanmaların sayının artmasının səbəbi məlum olub.
Analarımızın və nənələrimizin fədakarlıq edərək hörmət çərçivəsində 50, bəlkə də 60 il qoruduqları şirin romantika demək olar ki, məhv olub. Bu romantikanı müasir qadınlar maksimum 2-3 ilə qədər qoruyub saxlaya bilirlər. “Məhəbbətin ömrü 3 ildir” kitabının müəllifi Frederik Beqbederin iddiası bu halda bir daha öz təsdiqini tapır. Təəssüflər olsun ki, müasir dövrün tələbləri, çətinlikləri romantikanın ömrünü qısaldıb.
Evlilik həyatının ilk ilindən sonra kişi arıq qalmaq üçün heç nə etmir, xarici görkəmi onu qətiyyən maraqlandırmır. Qadınlar isə ərinin gözündə gözəl görünmək əvəzinə, bütün vaxtını ev işlərinə xərcləyir. Olan-qalan boş vaxtlarında isə rəfiqələri ilə qeybət edirlər. Belə bir evlilik isə uzun müddət tab gətirə bilməz. Günlərin bir günündə göyərçin kimi təmiz saf olan məhəbbət bir anda yerlə bir olur.
İngiltərədə 5 min cütlük arasında araşdırma aparılıb. Məlum olub ki, evlilikdən bir il sonra kişilərin 80 faizi həyat yoldaşının əlindən tutaraq gəzməyi mənasız hesab etdiyi üçün bu vərdişi tərkidir. Kişilərin 70 faizi evləndikdən sonra paltarlarını evin harasına gəldi tullayır, rəyi soruşuların 79 faizi isə unitazın suyunu qaldırmağı belə unudur.
Araşdırmaya görə, qadınların geyindiyi seksual gecə geyimləri bir ildən sonra şirin, üstündə cizgi film şəkilləri olan pijama ilə əvəzlənir. 40-50 faizinin isə bir ildən sonra cinsəl münasibətləri günbəgün azalır. Ən dəhşətlisi isə cütlüklər bir-birinə güzəştə getmək istəmir.
Psixoloq Sevell romantizmin ömrünü uzatmaq üçün evli cütlüklərə şam işığında yaxşı vaxt keçirməyi tövsiyə edir. Cütlüklərə bir-birinin üzərində hakimiyyəti ələ almaq yerinə, güzəştə getmək məsləhət görülür.