SEVGILILER GUNU

Sevgililər günü üçün hədiyyə fikirləri

Baxış sayı: 575

Bu gün bütün dünyada sevgililər günü qeyd olunur. Sevgililərin bir-birilərinə qayğı və sevgisini göstərmək üçün heç də xüsusi günə ehtiyac yoxdur. Lakin hədiyyə etmək üçün hər hansı bir səbəb varsa – nəyə görə də ondan istifadə etməyək?  Bu gün də sevgililər bir-birlərinə hədiyyələr verirlər, buna görə bəylərə və xanımlara nələr hədiyyə edilməli sualı çox aktualdır. Düzdü, əksər cütlüklər artıq bir neçə gün öncədən hədiyyə seçimini etsə də, bu gün səhər saatlarında da hədiyyə axtarışında olanlar az deyil. Bu yazı məhz hədiyyə seçimini son ana qədər təxirə salanlar üçündür.

Sorğular göstərir ki, bu bayrama xanımların marağı daha çoxdur. Lakin bəylər bu bayramın məcburi və qeyri ixtiyari iştirakçısına çevrilirlər. Sevgililər günü xüsusilə də xanımların ən sevimli bayramıdır. Xanımlar bu gün verilən hər bir hədiyyəni sevgi etirafı olaraq qəbul edirlər və onlar üçün onun dəyərindən çox onu necə təqdim edilməsinə daha çox önəm verirlər.

Beləliklə, bu bloqda biz, 14 fevralda təqdim edilə biləcək hədiyyələrin nümunələrini toplamaq qərarına gəldik.

Qızlar üçün hədiyyə seçmək o qədərdə çətin deyil. Əgər o gün sevdiyiniz xanıma nə hədiyyə verəcəyinizi əvvəlcədən düşünməyə başlamısınızsa, onda biz hər zövqə uyğun hədiyyələr üçün bir neçə variant topladıq.

hediyye

 14 fevralda xanımlara nə hədiyyə etmək olar?

1) Rahatlığı üçün hədiyyə. Qadınlar çox həssas və incə təbiətli olurlar.  Sevgi haqqında film və serialları izləməyi, ən sevdikləri mahnının sözlərini dinləməyi sevirlər.  Şübhəsiz ki sevgilinizin ən çox sevdiyi və dinlədiyi musiqi playlisti var. Bluetooth qulaqlıq yalnız sevgilinizin sevdiyi ifadan ləzzət almağına kömək etməyəcək, həm də vacib bir zəngi cavablandırmaq üçün telefonu soyuq havalarda açmağa çalışmaq ehtiyacından xilas edəcək.

2) Gözəllik və sağlamlığ üçün hədiyyə. Hədiyyəyə əvvəlcədən diqqət yetirin və məşhur brenddən gözəl dizayn edilmiş kosmetik dəsti seçin.  Sevgiliniz, şübhəsiz ki, bədən, üz və dodaq baxım məhsullarından zövq alacaqdır. Sevgililər günü kosmetika və ətir hədiyyə etmək də lap yerinə düşər. Sevgiliniz hər gün istifadə edəcəyi ətiri və ya məhşur brendin istehsalı olan tuşu almaqdan məmnun olacaq.

3) Mənası olan hədiyyələr. Xanımlar çox romantik varlıqlardır, hər bir xırdalıqda sevgi vurğusu axtarır. Fərqi yoxdur sevimli heyvan və ya sevgili cütlüklərin əks olunduğu rəsmlər gözəl hədiyyə olacaq. Gənc qızlara yumşaq oyuncaqlar, bir qədər böyük xanımlara isə gümüş və ya mərmər sevgili cütlük heykəlciyi hədiyyə edə bilərsiniz. Əbədi hissləri əks etdirən məhşur melodiyaların səsləndiyi musiqili fiqurlar da çox romantik görsənir.

4) Texnoloji hədiyyə. İndiki zamanda özümüzü smartfon və ya başqa bir texnologiya aləti olmadan təsəvvür etmək çətindir.  Bəlkə də bu, sevgilinizin məhz 14 fevralda gözlədiyi bir hədiyyədir. Yaxşı düşünün və xatırlamağa çalışın, bəlkədə sevdiyiniz xanım, bayramda ona hədiyyə edilməsini istəditiyi cihazı nə vaxtsa vurğulamışdır.

5) Çantalar. Qadın aksesuarları həmişə orijinal və gözəl görünməlidir ki, sahibinin qadınlığı və mükəmməl zövqə sahib olduğunu vurğulasın. Ən populyar və vacib qadın aksesuarlarından biri də qadınlar üçün – çantadır.  Bir qadın çantasını gəzməyə, işə və qonaqlığa aparır.  Bir sözlə – çanta həmişə onun yanındadır.  Ancaq bir qadın imicinin digər detalları kimi, çanta seçmək o qədər də asan deyil.  Bunu etmək üçün ən azı qadın çantalarının onlayn mağazasını ziyarət etməli olacaqsınız. Bunun üçün shop.az sizin köməkliyinizə çatacaq.  Əsas odur ki, düzgün seçim edin.  Hədiyyə edəcəyiniz xanımın hansı rənglərə üstünlük verdiyini bilmirsinizsə, neytral tonlarda bir çanta seçə bilərsiniz.

6) Kamera. Çap olunmuş fotoların keçmişə aid olduğunu söyləyən şəxs müasir Instant kameraları barəsində məlumatı yoxdur.  14 Fevralda xanıma nə verəcəyinizi düşünərkən, bu dəbli rəqəmsal aparata da diqqət yetirməlisiniz.  Satın alarkən, kartriclərin tədarükünü unutmayın və qoy ilk foto Sevgililər Günündən olsun. Fikrimizcə, gözəl və özəl xatirələri yadda saxlamaq üçün, fərqli bir hədiyyə fikridir.

7) Bəzək əşyaları sevgililər günü üçün ən yaxşı hədiyyədir. Əslində bütün qızlar məxməri qutuda qızıl üzüyün xəyalını qurur. Sözsüz ki, bəzək əşyaları sevgililər üçün ən uyğun hədiyyədir. Əgər sevdiyiniz qız artıq nişanlı statusundadırsa, o zaman ürək formalı üzük və ya boyun bağı yerinə düşəcək. Əgər gələcəyiniz barədə hələ ciddi qərarlar almamısınızsa, bu zaman sırğa, qolbağ hədiyyə edə bilərsiniz.

hediyye

14 fevralda bəylərə nə hədiyyə etmək olar?

1) Texnoloji hədiyyə. Sözsüz ki, hər bir adam ürəyində hələdə balaca uşaqdır və texnoloji hədiyyələri sevir. Əgər sevdiyiniz şəxsi sevindirməyə qərar versəniz  – o zaman sevdiyiniz insana həm istifadəyə yararlı olacaq, həm də onu əyləndirəcək texnoloji hədiyyələrə diqqət yetirməlisiniz.

2) Musiqili hədiyyə. Hər bir bəyə musiqili hədiyyə lazımdır, bu bir musiqi pleyeri ola bilər.  Sevdiyiniz şəxsdən daha çox nəyə ehtiyacı olduğunu diqqətlə, şübhə yaratmadan öyrənin. Yuxarıda qeyd etdiyimiz kimi, bəlkə o da, bayramda ona hədiyyə edilməsini istəditiyi cihazı nə vaxtsa vurğulamışdır.

3) Aktiv insanlar üçün hədiyyə. Bəlkə sevdiyiniz insan video klip çəkməyi və redaktə etməyi sevir və ya yalnız yüksək keyfiyyətli səyahət fotolarını sevir?  Bu halda, arzularının reallaşmasına kömək edəcək bir hədiyyə haqqında düşünməlisiniz.  Bu gün belə bir hədiyyə üçün bir çox həll yolu var. Fotoaparat vasitəsilə birlikdə yaşadığınız macəraları əbədiləşdirin. Yəqin ki, bir çox səyahət və adrenalin aşiqləri bu hədiyyənin nə qədər möhtəşəm olduğu fikri ilə razılaşar.

4) Aksesuarlar.  Kəmərlər –  istənilən kişi geyimlərinin elementlərindən biridir.  Hər növ şalvarda istifadə etmək olur – kostyum, kadur, kot və ya şort.

Pul kisəsi və ya cüzdan.  Cüzdan haqqında sahibinin portfelinə / çantasına /  diplomatına uyğun olması lazım olduğunu söyləyirlər.  Fikir mübahisəlidir, lakin maraqlıdır.  Hər halda, kişi cüzdanı həmişə keyfiyyətli olmalıdır, çünki yaxşı pul yaxşı cüzdanı sevir.

Qol düymələri.  Bu aksessuar hər kəs üçün tərcih olunmur, lakin mükəmməl görüntü yaradır.

Qol saatı.  Düşünürük ki, qol saatı ən vacib kişi aksesuarıdır.  Buna qənaət etməyiniz qətiyyətlə tövsiyə edilmir. Keyfiyyət, qiymət, stil, prestij – bunların hamısı kişi saatlarına aiddir.  Kişilər üçün, hələ də sadə bir dəri kəmərində klassik saat forması üstünlük təşkil edir.

Qalstuk sancağı.  Əgər qalstuk taxmağı sevən biridirsə, qalstuk sancağı əlverişli bir seçim olacaq.  Xüsusilə bahalı və dəbli bir seçimdirsə.

Alışqan.  Siqaret çəkmək  sağlamlığınız üçün ziyandır, pis vərdişdir.  Və gördüyünüz kimi bu aksesuarı ən son qeyd etdik.  Yenə də gözəçarpan alışqanlar qürur mənbəyi və fərqlənmək üçün bir fürsətdir.  Yaxşı, keyfiyyətli və bahalı alışqan həmişə nəzərə çarpır.

5) Gözəllik üçün hədiyyə. Yalnız qadınlar deyil, kişilər üçün də gözəl görünmək son dərəcə vacibdir.  Kişilər üçün baxım məhsulları ilə doldurulmuş müxtəlif vasitələr buna kömək edə bilər. Diqqət yetirin, bəlkə vanna otağında əksik olan əşya onun üçün ideal bir hədiyyə ola bilər.

6) Səyahət idmanını sevənlər üçün bir neçə hədiyyə seçimi fikirləşmişik. Buraya çadır, yaxşı idman ayaqqabıları və ya gecələmək üçün xüsusi yataq dəsti daxildir. Seçim etməyi isə siz xanımların öhdəsinə buraxırıq.

hediyye

Xanımlara 14 fevralda nə hədiyyə etməməliyik!

Mətbəx əşyaları. Bunların sırasına müxtəlif tavalar, qablar, bıçaq dəstləri və s kimi mətbəx əşyalarını, qızlara və qadınlara istənilən bayramda təqdim edilməsi qəti qadağandır. Düşünürük ki, bir çox oxucularımız, bizim bu fikrimizlə razı olacaqlar.

İdman avadanlığı və ya fitness klubuna üzv olmaq. Xanımlar bu növ hədiyyəni, ideal formada olmadıqlarını birbaşa işarə olaraq qəbul edə bilərlər.

hediyye

Bəylərə nə hədiyyə etməməliyik!

14 fevralda bir oğlana böyük bir yumşaq oyuncaq şəklində hədiyyə verməyi düşünən qızlar, onları sevindirəcəklərini düşünürlər – yanılırsız!  Kişilər ümumiyyətlə bu cür hədiyyələrin pərəstişkarı deyillər. Ona görə, əgər ağlınızda belə bir hədiyyə fikri varsa, dərhal unudun.

Ən çox alınan standart hədiyyələrdən biri də corabdır.  Axı corab gündəlik istifadə üçün nəzərdə tutulmuş əşyalardan biridir və bunları onlar özləri də ala bilərlər. Buna görə belə bir hədiyyə Sevgililər Günü üçün yaxşı bir sürpriz olmayacaq, hətta əgər belə bir hədiyyə gözəl bir şəkildə qablaşdırılsa belə, heyran qalmayacaqdır.

Bir çox bəy tanışlarımızdan soruşanda ki, “sevgililər gününə münasibətiniz necədir?” qeyri ixtiyari qarşı sual eşidirik: “Nəyə?”. Onlar bu günü ekonomik vəziyyətə və ya əhəmiyyət vermədikləri üçün iqnor edir və sadəcə səmimi olaraq bu bayramı unudur. Onları qınamaq lazım deyil: bu gün rəsmi bayram olmadığına görə onların tək düşüncəsi iş-güc, iclas, idman məşqləridir. Bu arada, axşam evə döndükləri zaman, sevgilisinin hazırladığı şam işığında romantik süfrə görsələr, çox mənun olacaqlar.

Bunlar alanlar tərəfindən qiymətləndiriləcək hədiyyələrin bir qismidir. Bu ideyalar sayəsinda alanın, sizə minnəttar olacağı və istifadə edəcəyi individual, dəyərli hədiyyələr fikirləşə bilərsiniz. Əsas odur ki, sevgililər günü hədiyələri ürəkdən və səmimi olsun.

Sevdikləriniz üçün orijinal və yaradıcı hədiyyə ola biləcək müxtəlif markalardan və sevdiyiniz mağazalardan geniş çeşidli məhsulları, bizim Shop.az  saytımızda tapa bilərsiniz və Shop.az onlayn ticarət mərkəzi vasitəsi ilə sifariş edərək ala bilərsiniz!

Sevgililər Gününüz Mübarək!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir