qadin

Sevgililər günündə necə geyinməli?

Baxış sayı: 1. 382

Bu gün bütün dünyada Beynəlxalq Sevgililər günü qeyd olunur. Sevgilisi olmayanları bu gün xərcə düşmədiyi üçün bəlkə də şanslı adlandırmaq olar. Xərcə düşməyə hazır olanlar isə bu günü ya artıq sevgilisi ilə keçirir, ya da sevgilisi ilə görüşə hazırlaşır. Hazırlıq isə daha çox qadınların vaxtını alır. Sözügedən görüş üçün nə geyinəcəyinə hələ də qərar verməyən xanımlar varsa, biz kömək edərik.

 

İlk olaraq hara getdiyiniz vacibdir. Geyimi və makiyajı getdiyiniz yerə uyğun seçməlisiniz. Onu da qeyd edim ki, hansı rəngi seçərsiniz-seçin sevgililər gününün ənənəvi rəngi yenə qırmızı olacaq.

Sevgililər günündə klassik paltar geyinmək məcburiyyətində deyilsiniz. Görüşə idman üslubunda da gedə bilərsiniz. Amma bu üslubda da göz qamaşdırmalı və səliqəli görünməlisiniz.

Image result for Sevgililər gününde nasıl giyinmeli

Əgər segiliniz, ya da həyat yoldaşınız sizə sürpriz edəcəksə, hər yerə uyğun olan şalvar və bluz seçib, eleqantlığınızı aksessuarlarla tamamlamalısınız. Sevgililər gününün romantik abı-havasına təbii ki, zoğalı pencək yaraşar.

Romantik gecələrin əvəzedilməz çəhrayı və qara rənglərini birlikdə istifadə edərək sadə eleqantlıq yaxalaya bilərsiniz. Şitlikdən uzaq düz ayaqqabılar gözlənilməz günə rahatlıqla ayaq uydurmağa kömək edəcək.

Qara və krem rənglərinin uyğunluğuna söz ola bilməz. Gecənin ən gözəl qadını olmaq istəyirsinizsə, qara və ağ rənglərə müraciət etməlisiniz. Axşam yeməyi üçün qara skinny şalvar üzərinə açıq rəng bluzlar seçə bilərsiniz.

İşləyən qadınlar evə gedib uzun-uzadı hazırlıqlar görə bilmir. Gözəl makiyaj və həmcli aksessuarlarla gözəl gecəyə hazırsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir