Hər bir münasibətin başlanğıcında daha xoşbəxtlik dolu olur. Hər şeyin bir-birinə uyğun olduğunu düşünüb, daxilinizdə güllərin açdığını hiss edirsiniz. Zaman keçdikcə isə al-əlvan gördüyünüz şeylərin, gerçək rənglərinə qovuşur. Problemlər getdikcə üzə çıxmağa başlayır. Əvvəllər birlikdə yemek yeməyiniz sizi xoşbəxt etdiyi halda, indi daha sizin üçün bu kifayət eləmir. Bu zaman özünüzə sual verirsiniz ki, “Görəsən, mən səhv insanla münasibətdəyəm?” Əgər belə sual sizi narahat edirsə, özünüzə və partnyorunuza yenidən baxış etməyə ehtiyac vardır.
Müvəffəqiyyətsiz münasibət də yalnız sizin səhviniz yoxdur. Partnyorunuz bəzi şeyləri səhv edə bilərmi? Bu səhv ikinizdə hansı dərəcədədir?
Bir münasibətin sadəcə zaman itkisi olduğunu necə anlaya bilərsiniz? Bunun hansı işarələri vardır?
1) Ortaq dəyərlərin itdiyi, araya girən uzun bir səssizlik bu özü bir işarədir. Paylaşmağın azalması, maraqların itməsi bir münasibətin bitdiyinə işarə edə bilir.
2) Əvvəlki günlərə nisbətən monotonluq ola bilər, bu normaldır. Lakin birlikdə yeni şeylər etmirsinizsə, bu bir siqnal ola bilər.
3) Partnyorunuz özündə əvvəlki kimi görünüşünə önəm vermirsə, sizin üçün önəmli olan şeylərə diqqət etmirsə, şəxsi baxımına zaman ayırmırsa, sizi önəmsəmədiyini ifadə etmək istəyir.
4) Problemlər, mübahisələr hər münasibət də olur. Lakin köhnə mövzular haqda dəfələrlə mübahisə edirsə, bəzi şeylərin həll olunmadığını göstərir. Bəzən də kiçik şeylərin çox böyüdülərsə, bu zaman diqqət edin buna. Bəzən ayrılıqlar məhz həll olunmayan məsələlərdən qaynaqlanır. O zaman belə sual ortaya çıxır ki, həqiqətən bunu həll edə bilmir, yoxsa ayrılmaq üçün bir bəhanədirmi?
5) Gələcəklə bağlı planlarında siz orda yer tutursunuzmu? Əgər yoxsunuzsa, o zaman münasibətdə gözləntisinin olmadığını ifadə edir.
6) Öz planları xaric, sizin də hədəflərinizi önəmsəməsi də o işarələrdən biridir.
7) Ailə, dostları çevrəsinə sizi də daxil etməsi önəmlidir. Əgər bundan qaçırsa, vəya mövzu olaraq da açmaqdan çəkilirsə, bu ciddi münasibətin olmasına az ümid yeri qoyur.
8) Sadəcə sizinlə keçirdiyi zamanda sevgili kimi davranıb, sizə diqqət edirsə, başqalarının yanında olduqda isə sizdən uzaqlaşırsa, Sizi “Dost”u olaraq qələmə verirsə, ciddi bir münasibətdən uzaqsınız, deməkdir.
Psixoloq Zümrüd Haqverdiyeva