1. Xəstələnmisiniz və özünüzü yorğun hiss edirsiniz. Ağrıkəsici qəbul edib həftə sonunu evdə keçirirsiniz. Sevgiliniz zəng edib necə olduğunuzu soruşdu. Siz:
a) Yaxşı olduğunuzu deyər, detallara girməzsiniz.
b) “Daha yaxşı ola bilməzdim” şəklində kinayəli bir cavab verərsiniz.
c) Birbaşa mövzuya girər, ətraflı danışarsınız.
2. Həyat fəlsəfəniz:
a) Sükut qızıldır.
b) Nə görürsənsə, onu de.
c) Dünya mənim psixoloqumdur.
3. Twitter möhtəşəmdir. Çünki:
a) İstifadə etmirəm. Sosial şəbəkələr mənlik deyil.
b) Gülməli hesabları və fenomenləri izləyirəm.
c) Səsimi bir çox insana çatdıra bilirəm.
4. İşə 20 dəqiqə gecikmisiniz və müdiriniz nə etdiyinizi soruşur. Siz:
a) Başınızı əyib üzr istəyərsiniz.
b) Günahı tıxacın üstünə atarsınız.
c) Dəqiqələrcə sevgilinizlə mübahisənizi danışarsınız.
5. Dostunuz əyləncəli tətil şəkillərini İnstagrama yüklədi. Reaksiyanız:
a) Gözlərinizi bərəldərsiniz. Siz əsla belə şəkillər paylaşan biri deyilsiniz.
b) Siz də o dəqiqə son tətilinizdən bir şəklinizi paylaşarsınız.
c) Sevgilinizlə birlikdə getdiyiniz tətildən romantik bir şəkil paylaşarsınız.
Testin nəticələri:
Əgər A-lar çoxluq təşkil edirsə: Qədərində saxlayırsınız. Ünsiyyət qurarkən son dərəcə konkret olmağa üstünlük verirsiniz. Hətta bəzən sözləri ağzınızdan zorla çəkmək məcburiyyətində qalırlar. Təbii ki, bu səbəbdən sosial şəbəkələrlə aranızda məsafə var. Gərəksiz paylaşımlar etməkdən və hətta çox paylaşım etməkdən uzaq durursunuz. Bir az xarici dünyaya özünüzü aça bilərsiniz.
B-lər çoxluq təşkil edirsə: Tarazlığı qorumağı bacarırsınız. Bəli, yaşadıqlarınızı çevrənizlə bölüşməkdən çəkinmirsiniz. Ancaq bunu edərkən şişirtməyə də çalışmır, detallara girmirsiniz. Sadə bir ifadə etmə diliniz var. Hadisələri olduğu kimi ifadə etdiyiniz üçün yalan danışmaq məcburiyyətində qalmırsınız. Bunu bəyəndiyimizi deyə bilərik. Yaxşı münasibətlərin sirrini tapmısınız. Bu, münasibətlərdə hər şeyi qədərində saxlamaqdır.
C-lər üstünlük təşkil edirsə: Detalları bölüşməyi sevirsiniz. Sizin dünya görüşünüzdə hər hansı bir mövzuda utanmaq yoxdur. Yaşadığınız hər hadisəni ən incə detallarına qədər rahatlıqla danışa bilirsiniz. Qarşınızdakının bununla maraqlanıb maraqlanmaması da sizin üçün o qədər vacib deyil. Bunu unutmayın ki, bəzi şeylər insanlar üçün xüsusi qalmalıdır. Xüsusilə sevgilinizlə həddindən artıq səmimi halda çəkilmiş bir şəkli və bundan da artığını sosial mediada paylaşmağınız digərləri tərəfindən xoş qarşılanmaya bilər.
Daha ətraflı oxu: https://www.leydi.az/testler-8/psixoloji-test-sevgiliniz-ile-gereksiz-detallari-paylasirsinizmi-243