Yəqin ki, oxucularımız arasında romantik komediya filmlərini sevənlər heç də az deyil. Bu tip filmlər ən çox çəkilən film növləri arasında yer alır. Bu janrda baxılması tövsiyə olunan bir xeyli film tapmaq olar. Bu yazıda sizə sevgilinizlə birgə izləyə biləcəyiniz 7 romantik komediya filimini təqdim edəcəyik.
ROMAN HOLİDAY (1953)
1953 istehsalı olan Roman Holiday-in baş rollarını Audrey Hepburn və Gregory Peck paylaşır. Audrey Hepburn-ün bir şahzadəni-şəhzadə Ann-ı canlandırdığı bu filmdə, Gregory Peck isə Joe Bradley adlı bir jurnalisti canlandırır. Saray həyatından və qaydalardan sıxılan Şahzadə Ann, çıxdığı səyahət turundan qaçıb Romanı kəşfə çıxır. Bu kəşf zamanı da hal-hazırda şəhzadə ilə müsahibə almaq istəyən jurnalist Joe ilə qarşılaşır.
GROUNDHOG DAY (1993)
1993 istehsalı Groundhog Day-in baş rollarını Bill Murray və Andie MacDowell paylaşır. Hava praqnozu xəbərlərini aparan Phil, kameranın qarşısında sevilən və şən bir insan ikən, gerçək həyatda tam əksi idi. Bir xəbər üçün getdiyi qəsəbədə havanın vəziyyətinə görə geri qayıda bilmir və eyni günü təkrar yaşayır!
ONE FİNE DAY (1996)
Michelle Pfeiffer və George Clooney-in baş rollarını paylaşdığı One Fine Day, 1996 istehsalı bir romantik komediya filmidir. Həyat yoldaşlarından boşanan Melanie və Jack, uşaqlarının iştirak edəcəyi məktəb səfərinə son anda gedə bilmirlər və gün ərzində işlərini həll edərkən, bir tərəfdən də bir-birinin uşaqlarının məsuliyyətini üstlərinə götürürlər.
YOU’VE GOT MAİL (1998)
Baş rollarını Tom Hanks və Meg Ryan-ın paylaşdığı You’VE Got Mail, 1998 istehsalı klassik bir Tom Hanks, Meg Ryan filmidir. Tom Hanks-ın canlandırdığı Joe Fox, nəhəng və təşkilati bir kitab evinin sahibi ikən, Meg Ryan-ın canlandırdığı Kathleen Kelly isə anasının yadigarı olan kiçik bir kitab mağazasının sahibi olur. Joe Fox-un sahib olduğu şirkət, bütün butik kitap mağazalarını əzib keçərkən, Kathleen Kelly isə mağazasını itirməmək üçün müqavimət göstərir. Digər tərəfdən də internetdən bir-birlərinin kim olduğunu bilmədən söhbət edirlər.
RUNAWAY BRİDE (1999)
Adı üstündə bir film olan Runaway Bride yəni Qaçaq Gəlin, 1999 istehsalı bir filmdir. Filmin baş rollarında Julia Roberts və Richard Gere vardır. Julia Roberts, hər şey yolunda görünən münasibətlərinə baxmayaraq, həmişə toydan qaçan Maggie-ni, Richard Gere isə bu qaçaq gəlin haqqında xəbər hazırlamaq istəyən bir jurnalisti canlandırır. Hətta filmdə məşhur FedEx məhsul yerləşdirməsi (product placement) vardır.
50 FİRST DATES (2004)
2004 istehsalı 50 First Dates-in baş rollarını Drew Barrymore və Adam Sandler paylaşır. Hawaii-də sevgisiz əlaqələr quran Henry, Lucy ilə tanış olduğunda bu vəziyyət dəyişir. Lucy-nin yaşadığı yaddaş problemi var. Bu eyni günü başdan yaşamasına səbəb olur. Buna görə də Henry-nin Lucy ilə hər gün yenidən tanış olması lazımdır
MİDNİGHT İN PARİS (2011)
Woody Allen tərəfindən çəkilən, Owen Wilson və Rachel McAdams-ın baş rollarını paylaşdığı Midnight in Paris, 2011 istehsalıdır. Yazıçı olan ancaq yazmaq mövzusunda problemlər yaşayan Gil, nişanlısı və nişanlısının ailəsi ilə çıxdığı Paris səyahətində sehirli bir şəkildə özünü 1920-ci illərdə tapır. Üstəlik bir çox sənətçi ilə birlikdə! Filmə baxdığınızda o sənətçilərin filmdə yaşanan hadisələrə nə qədər uyğun olduğunu anlaya bilərsiniz. Filmin musiqiləri də çox uğurludur.