Sevgilinizlə ayrıldığınız üçün hələ də depressiyadasınız? Onunla barışmaq üçün hər yola əl atırsınız, ancaq heç bir faydası yoxdur? Onda məsləhətimizə əməl edin. Müsbət nəticə əldə edərsiniz. “Gencaile.az” sevgilinizlə barışmağın 5 ipucunu təqdim edir.
1. Özünüzə qarşı səmimi davranın
Sevgilinizlə barışmaq istəyirsinizsə, ilk öncə bunu nə üçün istədiyinizə 100 faiz əmin olun. Onun üçün həqiqətənmi darıxırsınız, ya boş günlərinizdə təklik sizi sıxır? Əgər sadəcə onunla olanda öyrəşdiyiniz nələr üçünsə darıxırsınızsa, bu zaman onunla barışsanız belə, bir müddət sonra yenə eyni vəziyyətə qayıdacaqsınız.
2. İlk öncə dost olduğunuza əmin olun
“Ən böyük sevgi dostluqdan başlayar” deyirlər. Yaşadığınız ayrılıqlarınız ona bu gözlə, dost kimi baxmanıza mane ola bilər. Buna görə ayrılsanız da birgə vaxt keçirin, dost kimi görüşün, əylənin, bir-birinizə dost kimi davranın.
3. Aranızdakı problemi açıq şəkildə müzakirə edin
Ayrılmanızın səbəbi müxtəlif şeylər ola bilər. Mübahisə etmədən aranızdakı bu problemi müzakirə etməlisiniz. Danışmaq hər iki tərəfə də müsbət təsir edəcək.
4. Sakit davranın
Sevgilinizi çox sevirsinizsə, barışmaq ərəfəsində sakit olmağın faydası var. Bir-birinizi yaxşı tanıdığınızı düşünsəniz də inanın ki, ayrılıq dönəmində xasiyyətiniz xeyli dəyişilib. Bir-birinizə vaxt verin.
5. Uzaqlaşmağa, ayrılığı qəbul etməyə hazır olun
Barışmağa istəklisiniz və “nə olursa olsun sevgilimlə barışım”, – deyirsiniz. Ancaq ola bilər ki, barışıb yenidən dalaşasınız. Buna görə barışmağa çalışmadan öncə hər şeyi yaxşı düşünüb qərar verin. Bəlkə də ayrılığı qəbul edib getmək daha xeyirlisidir.