sevgi

Sevginizin qarşılıqlı olub-olmadığını belə anlayın

Baxış sayı: 1. 685

Onu ağılınızdan çıxara bilmirsiniz. Lakin o da sizi düşünürmu? Addım atmalısınız, yoxsa bu hər şeyi məhv edə bilər? Sevginizin platonik olub-olmadığını necə anlarsınız?  Bütün bu sualları sizin üçün cavablandırmışıq.

Bədən dili ələ verir

Bir kişinin sizdən xoşu gəlirsə sizə daha yaxın olmaq istəyəcək. Ancaq bunu bəlli etmədən edəcək. Elə isə “Bunu necə başa düşəcəm?” deyirsinizsə, cavabı budur. Birlikdə kinoya getdikdə sizə doğru əyilir, ayaqlarını sizin olduğunuz istiqamətə doğru bir-birinin üstünə atır, sizin yaxınınızda oturur, sizə toxunmaq üçün saçınızı üzünüzdən çəkmək kimi bəhanələr tapırsa, demək sizdən xoşu gəlir.

Hər şeyi xatırlayır

Bir kişinin sizdən xoşu gəlirsə təəccüblənəcək dərəcədə söylədiyiniz və etdiklərinizi dərhal xatırlayacaq. Çünki sizin haqqınızda hər şey onun üçün qiymətlidir və əmin olun tez-tez sizi düşünür.

Əlaqə qurmaq üçün hər fürsəti qiymətləndirir

Sizdən xoşu gələn kişi sizinlə ünsiyyət yaratmaq üçün heç bir fürsəti qaçırmaz. Məsələn, sizə keçən gün dostunuzla görüşünüzün necə keçməsi ilə maraqlanar və ya yediyi gözəl bir yeməkdən bəhs etmək üçün mesaj atar. Çünki ağlından çıxmırsınız və sizinlə danışmaq üçün ən kiçik fürsəti dəyərləndirmək istəyir.

Eşqbazlıq edər

Qarşınızdakı kişi sizə qardaşınız və ya oğlan dostunuz kimi davranırsa, mövqeyi bəllidir. Şansınızı məcbur etməyin. Ancaq sizə iltifatlar edirsə, aranızda xüsusi bir ünsiyyət varsa, adınızın əvəzinə şirin ləqəblər qoşursa, demək, sizinlə eşqbazlıq edir.

Cütlük kimi davranır

İnsanların şübhələnəcəyi dərəcədə daim sizin yanınızda olur, sizinlə hər yerə gedir və bunu bilərəkdən edir. Həmin insanın sizdən xoşu gəlir, bu qətidir.

Onunla maraqlanın

Bəzən ediləcək ən ağıllı şey ən sadə şeydir. Onu tanıyan insanlardan xoşu gəldiyi birinin olub-olmaması ilə maraqlanın. Ortaq dostlarınız varsa bunu asanlıqla edə bilərsiniz.

Dedektiv olun

Onun da sizdən xoşu gəldiyini düşünürsünüzsə, dərhal onu araşdırmağa başlayın. Münasibət qurmaq üçün uyğun insandırmı, sevgilisi varmı, sadəcə macəra axtarırmı?

Cəsarətinizi toplayın

Onun da sizdən xoşu gəlməməsi üçün bir səbəb olmadığını düşünürsünüzsə, cəsarətinizi toplayın və ona qarşı açıq olun. Ən azından kiçik, romantik addımlarla ona olan marağınızı müəyyən etməyə başlayın. (Aile.lent.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir