sevgi

Sevgliniz bu 5 məkanda SİZƏ XƏYANƏT EDİR

Baxış sayı: 1. 723

Məlum deyil bu statistika necə aparılıb, çünki ağlı başında olan kişi xəyanət etdiyini boynuna almaz. Təkcə qadın qisminin qəzəbindən qorxduğuna görə deyil, sadəcə artıq problem və rahat ailəsinin pozulmaması üçün etiraf etməzlər. Amma statistik məlumatlar var: həm də bildirilir ki, 70 % kişi xəyanət edir. Bəs görəsən kişilər xəyanət üçün hansı məkanları seçirlər? Yaxud hansı məkanlar kişiləri xəyanətə daha çox sövq edir?

 

Barlar və restoranlar

Belə məkanların xüsusi ab-havası, rəngarəng işıqları, bəzəkli dizaynı, açıq-saçıq qadınların çoxluğu kişiləri yoldan çıxarır. Ən çox xəyanətlər məhz bar və restoranda qeydə alınır. Xüsusilə də bura birgünlük intim münasibətlər üçün əlverişli mühitdir.

Ofisdə

Kişilərin heç də hamısı təkcə pul qazanmaq üçün işə getmir. “Zavallı”ları qınamalı da deyil. Bir də gördün gözəl, tənha bir iş yoldaşı ortaya çıxdı ki, hərdən ona mənəvi dəstək olmaq lazım gəlir. 40% kişi iş yerində özünə məşuqə tapır. Ezamiyyət, vaxtından artıq iş yerində ləngimək, iş partiləri xəyanət üçün münbit şərait yaradır.

Toy məclisi

Kişini toya tək buraxanda bunu düşünmək lazımdır. Maddiyatı bəhanə etməyin, pula qənaət etmək, kişini kimləsə şərik etməklə nəticələnir. Toya tək gedib, oradakı bəzək-düzəkli qızlarla rəqs etmək, rəqsarası telefon nömrələri almağın axırı bilirsinizmi hara qədər gedib çıxır?!

İdman zalı

Sağlam vücudlu, əzələli həyat yoldaşının olması da bir lüksdür. Amma bu əzələlər təkcə idman alətlərinin sayəsində başa gəlmirmiş. Nə bilmək olar ki, o zalda necə gözəl qızlar əzələ yığmağa yardıma, yox e… formada qalmağa gəlib?..

Sosial şəbəkələr

Tanışlıq üçün bundan yaxşı və dinc yer ola bilməz. İşlə əlaqədar girilən sosial şəbəkələrdə bəzən qızğın tanışlıq söhbətləri yaranır. Hələ inbox vasitəsilə seksual şəkillərin paylaşmasının qarşısını isə heç almaq mümkün deyil. Virtual görüşlər tezliklə reallığa çevriləndə göz yaşı tökən qarşı tərəf olmayacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir