is gorusmesi

Sevimli iş yoldaşı olmağın 11 qızıl qaydası

Baxış sayı: 329

İş həyatında sevilmək və hörmət edilməyi hər kəs istəyər. Bəs buna necə nail ola bilərik? Beləliklə, bunun üçün 11 qızıl qaydanı təqdim edirik.

 

Dürüst olun

Şübhəsiz ki, həm iş həyatında, həm də ömrün boyu diqqət etməli olduğunuz qızıl qaydalardan biri dürüst olmaqdır. Dürüstlüyünüzdən güzəştə getmədiyiniz müddətcə, bütün digər komanda yoldaşlarınızın etibarını qazana bilərsiniz. Bu halda onlar hər mövzuda sizə yardım üçün müraciət edə bilərlər.

 

Empatiya qurun

Empatiya qura bilməmək çağın xəstəliyi olaraq görülsə də, hər fürsətdə özümüzü qarşı tərəfin yerinə qoymağa çalışmalı və ona uyğun cavab verməliyik. Mübahisə vəziyyətində belə əvvəlcə qarşınızdakının nə hiss etdiyini və niyə belə davrandığını anlamağa çalışaraq problemin kökünə çata və daha sağlam ünsiyyət quraraq problemi aradan qaldıra bilərsiniz.

 

Suallara dəqiq və sakit cavab verin

Əgər işdə daim ehtiyac duyulan birisinizsə və hər kəs ən kiçik bir vəziyyətdə sizin yanınıza gəlirsə, mütləq sakitliyi qorumalısınız. Suallara dəqiq və sakit cavab verməklə siz işçiləriniz arasında həm sevilən, həm də hörmətli ola bilərsiniz. Hər sual verənə qışqırmaq və ya mənfi reaksiya vermək insanların sizdən qorxmasına və iş həyatından sonra sizinlə əlaqə saxlamamasına səbəb olacaq.

 

Mehriban olun

Mehriban olmaq, şübhəsiz ki, insanın sevilməsi üçün bünövrə rolunu oynayır. İş həyatında, xüsusən də yeni çalışanların hansısa problemlərlə qarşılaşması və ya səhv hərəkət etməsi çox təbiidir. Belə anlarda problemin həllinə fokuslanmaq əvəzinə, qarşı tərəfi qışqırmaq, ağır sözlər işlətmək, onu incitmək yanlış münasibət olardı.

 

Üzr istəməyi bilin

Üzr istəmək bu gün zəiflik əlaməti olaraq görülsə də, bu düşüncəni tamamilə ağlınızdan atmalı və səhv nə isə etdiyinizdə üzr istəməyi bilməlisiniz. Üzr istəmək əvəzinə səhvini etiraf etməyən və başqalarına hücum edən bir rəftar sərgiləsəniz, heç kim sizə hörmət etməz.

 

Neytral olun

Ofis mühitində, işdə, görüşdə və ağlınıza gələn hər yerdə fikir ayrılıqları yarana bilər. Məsələ sizinlə bağlı olmasa belə, mütləq qərəzsiz olmalı və həqiqəti seçməlisiniz. Haqlı olmaq əvəzinə haqsız olan insanların lehinə danışmaq və ya bu yöndə bir rəftar göstərmək ədalətli olmadığınızı ortaya qoyur.

Qeybət etməyin

Hörmətli, etibarlı və müvəffəqiyyətli bir insanın ən mühüm xüsusiyyətlərindən biri qeybət etməməsi və heç kimin arxasından danışmamasıdır. Ofisinizdə və ya gündəlik həyatınızda insanlar haqqında danışmamalısınız. Əks təqdirdə, qeybətin sonda üzə çıxacağını və ləyaqətinizi qoruyacağını düşünməlisiniz.

 

Məlumatın olsun

İnsanların sizin haqqınızda yaxşı düşünməsini və sizinlə maraqlanmasını istəyirsinizsə, hər mövzuda özünüzü təkmilləşdirmək üçün kitab oxumalı və araşdırma aparmalısınız. Sosial həyatda olduğu kimi işdə də rastlaşdığınız insanların biliklərinizdən faydalanmasına və bacardığınız qədər onlara kömək etməsinə şərait yaratmalısınız.

 

Mülayim olun

Gündəlik həyatınızın hər sahəsində, eləcə də işdə nəzakətli olmağı öz prinsipinizə çevirməlisiniz. Həmişə səs tonunuzu tənzimləməli və qarşı tərəfin səsini boğacaq qədər yüksək səslə qışqırmamalısınız. Dinlənməyi istədiyiniz qədər digər insana danışmaq hüququ verməlisiniz.

 

Gülümsəyin

İnsanlar sual verəndə gülümsəmək və kimsə ilə qarşılaşanda, salam verirmiş kimi gülümsəmək xoş təəssürat yaratmağınıza kömək edəcək. İnsanların sizdən çəkinməsinin qarşısını alır və daha sağlam ünsiyyət qurmağınıza imkan verir.

 

Çəkingən olmayın

Deyəcəyiniz sözləri və ya görməli olduğunuz işi yerinə yetirməkdən heç vaxt çəkinməməli və inamlı addımlar atmalısınız. İclasda məlumat verəcəyiniz mövzuda çox uğurlu olsanız belə, bitərəf qalmağınız insanların diqqətini çəkməməyinizə səbəb olacaq.

 

Leyli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir