Gencaile.az saytının “Gənc ana” rubrikasının budəfəki qonağı sevilən və populyar müğənnimiz Lalə Məmmədovadır.
Lalə xanım, neçə ildir anasınız?
– İlk övladımın dünyaya gəlməsindən 9 il ötür. 9 ildir ki, şərəfli “ANA”adını daşıyıram.
– Övladınızı ilk dəfə qucaqlayanda keçirdiyiniz hisslər necə idi?
– Sevinc, həyəcan,agrı və göz yaşları… Hamısı bir-birinə nə qarışmışdı.
– Hamiləlik dövrünüz necə keçib?
– Normal.Bir çox qadınlar kimi toksikoz dövrü məndən də yan keçməyib. Ancaq şükürlər olsun ki, bətnimdəki övladımın inkişafında ciddi təhlükəyə səbəb olacaq bir hadisə ilə qarşılaşmadım.
– Analıq dövründə təcrübə baxımından sizdə vəziyyət necə idi?
– Analıq dövründə təcrübə baxımından sizdə vəziyyət necə idi?
– Analıq dövrümdə həkimlə yanaşı anamın, məndən böyük bacılarımın (onlar hamısı ailəlidirlər) məsləhətləri çox karıma gəlirdi. Hər halda təcrübə öz sözünü deyir.
– Bəs yaradıcılığınız ana olmağınıza nə dərəcədə təsir etdi?
– Bəs yaradıcılığınız ana olmağınıza nə dərəcədə təsir etdi?
-Ən gözəl məqam bilirsiniz nədir? Hamiləlik yaradıcılığıma başqa aspektdən kömək oldu. Bunu bir az İzah edim. Analıq dövründə qadınlar çox həssas olurlar, istər istəməz bu dönəmdə musiqiyə yanaşmada da müəyyən dəyişikliklər baş verir. Həmin məqamdan istifadə edərək bir neçə mahnılar lentə aldırdım. Ümumiyyətlə hamiləlik dövründə çox aktiv olmuşam.
-Övladlarınız arasında nə qədər yaş fərqi var?
– 8 il yaş fərqi var.
– Övladlarınızın tərbiyə metodu daha çox kimə aiddir?
– Xüsusi olaraq 1 metod yoxdur. Hər uşaq bir fərddir,ona hamı kimi yanashmaq olmaz. Hər 1 uşağa münasibət fərqlidir.Əlbəttə ki,anamın biz övladlarına verdiyi tərbiyə mənim üçün nümunədir. Ancaq yenə də zamanın,dövrün tələblərini də nəzərə almalıyıq. Əsas odur ki, övladlarımla düzgün, dürüst,sağlam münasibətlər qurmağa çalışıram.
– Ailədə övladların tərbiyəsində sizcə ana-ata yoxsa nənə-baba daha çox rol oynayır?
– Ailədə övladların tərbiyəsində sizcə ana-ata yoxsa nənə-baba daha çox rol oynayır?
-Əlbəttə ki, ilk olaraq ana-atanın,sonra isə nənə-babanın. Ancaq unutmayaq ki, ailədə ana-atanın nənə-babaya münasibəti də övlad üçün örnək olur.
– Bəs sizdə necə? Nənə-baba müdaxiləsi olub?
– Bəs sizdə necə? Nənə-baba müdaxiləsi olub?
– Mən çox rahatam ki, evdə olmadığım müddətdə anam və atam övladlarımla məşğul olurlar. Mən yaradıcı insanam, gecə evə gec gələ bilərəm,səhərə qədər səsyazma studiyasinda ola bilərəm, yaxud kiçik qızım gecəni narahat yata bilər və mən buna görə yuxusuz qala bilərəm və s.Bu üzdən
böyük qızımın səhərlər yuxudan oyanıb hazıraşması, məktəbə getməsi ilə valideynlərim məşğul olurlar ki,buna görə onlara hədsiz minnətdaram.
– Gün ərzində uşaqlarınıza nə qədər vaxt ayırırsınız?
böyük qızımın səhərlər yuxudan oyanıb hazıraşması, məktəbə getməsi ilə valideynlərim məşğul olurlar ki,buna görə onlara hədsiz minnətdaram.
– Gün ərzində uşaqlarınıza nə qədər vaxt ayırırsınız?
– Baxır iş qrafikimə. Məsələn elə vaxt olur ki, 1 həftə10 gün dalbadal səhər tezdən gedib gec qayıda bilərəm, evə döndüyüm zaman uşaqlar yatmış olur. Bir ana kimi gün ərzində nə qədər iş başında
olsam da, övladlarım üçün darıxıram. Ancaq Milli Konservatoriyada müəllimə, səhnədə müğənni, elmi iş üzərində çalışan dissertant olduğumu nəzərə alsanız o zaman təsəvvürünüzə
getirə bilməyəcəyiniz qədər dinamik və çevik 1 gün keçirdiyimi anlayarsınız.
– Əgər izniniz olarsa bir az da şəxsi həyatınızdan danışaq həyat yoldaşınızdan ayrıldıqdan sonra sizə çətin olmadı ki?
– Əlbəttə oldu, ancaq bütün bunlar artıq arxada qaldı.
– Müsahibələrinizin birində “Ac qalın amma sizə xəyanət edən adama dönməyin” demisiniz. Övladlarınıza görə də xəyanəti bağışlaya bilməzdiniz?

Bu çox agrılı bir mövzudur, üzərində çox dayanmaq istəməzdim, ancaq övladlara görə nəinki xəyanət, bir çox şeylərə dözməyə dəyər. Sadəcə ayrılıq səbəbi tək xəyanət deyildi.
– Övladlarınızın ataları ilə istədikləri zaman görüşməyində bir problem yoxdur ki?
– Övladlarınızın ataları ilə istədikləri zaman görüşməyində bir problem yoxdur ki?
Xeyr, yoxdur
– Böyük qızınız Nərgizin təhsili ilə bağlı nə düşünürsüz? Onun peşə seçiminə müdaxilə edərsiniz?
– Böyük qızınız Nərgizin təhsili ilə bağlı nə düşünürsüz? Onun peşə seçiminə müdaxilə edərsiniz?
Yox, hesab edirem ki,dünyaya gələn hər bir insan bir missiya üçün
gəlir. Mən onun həvəsi nəyədirsə o sahədə övladımın təkmilləşməsi üçün əlimdən gələni edəcəm.
gəlir. Mən onun həvəsi nəyədirsə o sahədə övladımın təkmilləşməsi üçün əlimdən gələni edəcəm.
– Ümumiyyətlə bir ana kimi gənc analara məsləhətiniz?
– Gənc analara səbrli,dözümlü olmalarını tövsiyyə edərdim. Ana olduqdan
sonra həyata baxışımız çox dəyişir. Övlad bizə öz anamızı bizim üzərimizdə çəkdiyi əməyi xatırladır və bunun sayəsində biz qiymətləndirməyi, minnətdar olmağı öyrənirik.
sonra həyata baxışımız çox dəyişir. Övlad bizə öz anamızı bizim üzərimizdə çəkdiyi əməyi xatırladır və bunun sayəsində biz qiymətləndirməyi, minnətdar olmağı öyrənirik.
Söhbətləşdi: Səbinə Məmmədova