Xeyale Quliyeva

Sidik yolu infeksiyası haqda bunları bilməlisiniz

Baxış sayı: 1. 156

Uşaqlarda tənəffüs yolu infeksiyalarından sonra tez-tez rast gəlinən hallardan biri də sidik yolu infeksiyasıdır. Sidik yolu infeksiyasının əsas əlamətləri  hərarətin 38 dərəcədən yuxarı olması, sidik ifrazı zamanı ağrı, yanğı hisssiyatıdır. Həmçinin ürəkbulanma, halsızlıq, qarın agrıları, istahanın azalması, titrəmə, ishal və s. ola bilər. Uşaq bezindən çıxmış uşağın birdən-birə özünü islatması, qoxulu və bulanıq  sidik ana üçün bir siqnaldır. Qız uşaqlarında sidik yolu infeksiyaları daha çox rast gəlinir. Bu da onlarda anatomik quruluşdan irəli gəlir. Ancaq eyni zamanda sünnətsiz oğlan uşaqlarında da sidik yolu infeksiyasının baş verməsi ehtimalı yüksəkdir, çünki sünnət dərisinin altına toplanmış bakteriyalar asanlıqla bu xəstəliyə səbəb ola bilərlər.

xestelik

Xəstəliyə daiqnoz sidik ümumi analizi və əkilməsi, USM vasitəsiylə qoyulur. Təkrarlayan sidik yolu infeksiyalarında altda yatan səbəbi araşdırmaq lazımdır. Bu, böyrək daşı, sidiyin geri qayıtması və s. ola bilər. Ümumilikdə sidik yolu infeksiyalarının risk faktorları asağıdakılardır:

1) Oğlan uşaqlarında fimoz (sünnət dərisinin geriyə çəkilə bilməməsi)

2) Qəbizlik

3) Göstəriş olmadan istifadə edilən antibiotiklər

4) Gigiyenik qaydalara əməl edilməməsi

5) İstifadə edilən sabun köpükləri və şampunlar

6) Böyük yaşlı uşaqlarda sidiyi uzun müddət saxlama (normalda hər 3-4 saatdan bir sidik boşaldılmalıdır)

7) Uşaqları yuma zamanı arxadan önə yuyulma (yuyulma öndən arxaya olmalıdır)

8) Dar geyimlər

9.Böyük yaşlı uşaqlarda az su içmə

10) İstifadə edilən kateterlər, yad cisim və s.

 

Xəstəliyin müalicəsində antibiotik qəbulu mütləqdir. Əgər körpənizdə yuxarıda sayılan əlamətlər varsa, pediatrınıza müraciət etməyiniz vacibdir.

 

Pediatr Xəyalə Quliyeva




3 şərh “Sidik yolu infeksiyası haqda bunları bilməlisiniz

  1. Zenfira

    Uşaqlarda sidik yolu infeksiyası sıx qarşılaşdığımız bir problemdir və bəzən bu infeksiyaların səbəbi altda yatan ciddi bir xəstəlik ola bilir. Bu səbəblə əgər bu infeksiyalar təkrarlanırsa, bunların araşdırılması vacibdir.

    Cavabla
  2. Dr. Aygün

    Bilirik ki, sidik yolu infeksiyasına səbəb olan ən böyük amillərdən biri uşaqlarda qəbizlikdir. Bu, çox gözdən qaçırılır. Uşaqda ciddi qəbizlik olur, buna əhəmiyyət verilmir və bu da təkrarlanan sidik yolu infeksiyasına səbəb ola bilir.

    Cavabla
  3. Fazilə Aslanqızı

    Mənə elə gəlir ki, əsas səbəblərdən biri düzgün gigiyenik qaydalara əməl edilməməsidir. Bəzi valideynlər uşaqlarda genital bölgəsini gündəlik olaraq lazımından daha çox təmizliyə riayət edirlər, yəni müxtəlif məhlullardan, müxtəlif sabunlardan istifadə edərək gündəlik çox təmizlik görürlər. Bu da oradakı toxumaların həssaslığını artırır, oradakı qoruyucu bariyeri pozur və beləcə, sidik yolu infeksiyası ehtimalı bir qədər artır.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir