beden

“Sıfır bədən” olmağın ZƏRƏRLƏRİ

Baxış sayı: 1. 681

Çox arıqlayıb, incə olmaq üçün saxlanılan pəhrizlərdə ilk səhv çörək və çörək qrupu qidalara yer verməməkdir. “Gencaile.az” “sıfır bədən” arzusunda olan qadınlara bu arzunun təhlükələrini təqdim edir.

 

Diqqət

Bədənin ehtiyacı olan şəkər miqdarı azaldığında beynin işləmə keyfiyyəti azalır.

Diqqət və əzbərləmə bacarığında zəifləmə yaşanır.

 

İmmunitet sistemi

Az və gec-gec qidalanmaq immunitet sistemini zədələyir.

Ağ qan hüceyrələrində azalma bədəni infeksiya və xərçəngə qarşı həssas hala gətirir.

 

Hamilə qala bilməmək

Qadınlarda bədənin yağ nisbəti hormonlarla əlaqəlidir.

Bədənin yağ nisbəti 12 faiz olanda aybaşı gecikir və qadının gənc yaşda hamilə qalması problem olur.

 

Erkən menopauza

Sıfır bədən olan qadınların 30%-də sonsuzluq və erkən menopauza problemləri ortaya çıxır.

 

Yüksək xolesterol

Gün ərzində az kalorili qidalanmaq yüksək xolesterola yol açır.

 

Hormonal nizam

Arıqlamaq tiroid hormon üzərində mənfi təsir edir. Nəticədə hipertiroid problemləri ortaya çıxır.

 

Sümük əriməsi

Gənc qızların arzusu olan zəif olmaq sümük əriməsinə səbəb olur.

15 yaşındakı 4 min gəncin sümük yoğunluğu  və şəkli yağ kütləsinə bağlı olduğu bilinib.

Sümüklərin yaranmasında yağ nisbətinin vacib olduğunu deyən mütəxəssislər yağ nisbəti yüksək olanların sümüyünün daha sağlam olduğunu deyir.

 

İnfarkt

Az enerji qəbulu və bilmədən edilən pəhrizlər əzələ itkisinə səbəb olaraq ürək ritmində pozulma və infarkta kimi apara bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir