sud

Silikonu olan qadın uşaq əmizdirə bilər? – Mütəxəssis rəyi

Baxış sayı: 1. 473

Sinəsində plastik əməliyyat keçirmək istəyən hər qadını maraqlandıran bir sual var: “Döş protezi qoyularsa, əmizdirmə zamanı problem yaşana bilərmi?”

Türkiyə mediasında yer alan məlumatda bildirir ki, mütəxəssislər sinə əməliyyatlarının əmizdirməyə əngəl olmadığını iddia edir. Bunun səbəbi isə əməliyyat zamanı döşün içində olan süd kanallarına toxunulmamasıdır. Mütəxəssislər sinə kiçiltmə, böyütmə, dikləşdirmə kimi əməliyyatların süd kanallarına təsir etmədiyini və əmizdirməyə əngəl olmadığını bildirir.

Sinə kiçiltmə əməliyyatı südvermə funksiyasına təsir etmir

Estetik sinə əməliyyatı etdirən qadınların çoxu əməliyyatdan sonra süd verə bilməyəcək deyə qorxuya düşürlər. Xüsusən sinə kiçiltmə əməliyyatı zamanı süd vəziləri və yağ toxumasının bir qismi alınaraq sinə kiçildilir. Ancaq əməliyyat sonrası sinə toxumasının sinə başı ilə əlaqəsi kəsilmədiyindən südvermə funksiyası təsir görmür. Süd miqdarında da azalma baş verməz.

Döş böyütmə əməliyyatında istifadə edilən protezlərin sinə toxuması ilə heç bir təması olmur. Protez sinə arxası, ya da sinə əzələsinin arxasına yerləşdirilir. Buna görə əmizdirərkən analar heç  bir problem yaşamaz. İmplantın (protez) tərkibinin südə qarışma ehtimalı da yoxdur. Silikon protezi olan qadınlar körpələrini rahatlıqla əmizdirə bilər.

Sinə dikləşdirmə əmizdirməyə əngəl deyil!

Bu əməliyyat zamanı artıq dəri kəsilib götürülür və sinə toxuması yuxarıya toplanır. Əmizdirməyə xidmət edən heç bir toxumaya müdaxilə edilmədiyindən ana rahatlıqla körpəsini əmizdirə bilər. Odur ki, menopauzaya girməyən, doğmaq şansını itirməyən qadınlar sinə dikləşdirmə əməliyyatı etdirə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir