sine

Sinə böyüdən qidalar hansılardır?

Baxış sayı: 2. 007

Sinə qadın bədəninin ən estetik orqanıdır. Ona görə də, sinənin gözəlliyi qadınları hər şeydən çox maraqlandırır. Lakin ana olduqdan sonra qadınlar sinənin sallanması problemi ilə qarşılaşır. Odur ki, formasını itirməyən, dik və həcmli sinəyə sahib olmaq çoxunda arzu olaraq qalır. Bir çoxları isə arzulamaqla kifayətlənməyib müdaxilə etməyə üstünlük verir. Bunun üçün də plastik cərraha müraciət edirlər. Məsələn, kifayət qədər inkişaf etməmiş balaca sinə cərrahi müdaxiləylə böyüdülür. Lakin sinəni təbii üsulla da böyütmək mümkündür. Məsələn, təbii vasitələr, kremlər, masaj, hətta müəyyən qidalar.

Məlumat üçün qeyd edək ki, sinə inkişafında ən təsirli hormon estrogendir. Bu hormonun da orqanizmdə artmasını təmin edən qidalar var. Lakin bu qidalar sinənin ölçüsünü istənilən dərəcədə böyütmür. Sadəcə, onun inkişafına təsir göstərir. Yalnız döş toxumasına təsir edərək onların böyüməsinə səbəb olan qida yoxdur. Bəzi qidalar yağ toxumasına təsir edərək döş toxumasının da yağlanmasını təmin edir.

Odur ki, “Gencaile.az” estrogen hormonun artmasını təmin edən qidaların siyahısını təqdim edir:

Paxla məhsulları və süd məhsulları döşləri böyüdən qidalar siyahısındadır.

Brüssel kələmi, barbunya, gül kələm, kərəviz, yaşıl lobya, xiyar, göbələk, pomidor, yaşıl noxud, noxud, mərci, kahı, soğan kimi tərəvəzlər bədən quruluşunun inkişafı üçün idealdır.

Gilas, alma, üzüm, qovun, armud, şaftalı kimi meyvələr də sinənin formasını itirməyə qoymur.

Toyuq budu da sinə böyüməsində təsirlidir.

Qəhvəyi düyü, buğda toxumu, lobya, yulaf əzməsi, zeytun, quru alça və tam buğda, zəncəfil, hind zəfəranı, razyana, mixək və çovdar sinənin böyüməsində əhəmiyyətli rol oynayır.

Beləliklə, sinə böyüdən, daha doğrusu, onun inkişafına təsir edən ərzaq və ədviyyatları mütəmadi olaraq istehlak edərək onun həcmini dəyişə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir