SIQARET

Siqaret çəkənlər üçün iki vacib qida

Baxış sayı: 415

Amerikalı həkimlər müntəzəm olaraq çoxlu alma və pomidor yeyən keçmiş siqaret çəkənlərin ağciyər funksiyalarının daha tez bərpa olunduğunu təsdiqləyən on illik tədqiqatın nəticələrini dərc ediblər.

Bərpa tempində əsas fərqlər gündə ən azı iki pomidor və üçdən çox meyvə yeyənlərdə görünüb.

Hətta heç vaxt siqaret çəkməyən insanlarda alma və pomidor ağciyər funksiyasının yaşla əlaqədar azalmasını ləngidə bilər.

Araşdırmada üç Avropa ölkəsinin 680 sakini iştirak edib.

Mütəxəssislərin fikrincə, müsbət təsir pomidor və meyvələrdə olan antioksidantlarla izah olunur.

Qeyri-müntəzəm istehlak təqdirdə onlar sağlamlığa praktiki olaraq heç bir təsir göstərmir, lakin sistematik və uzunmüddətli qəbul edildikdə tənəffüs sisteminin yaşla bağlı patologiyalarının inkişafını əhəmiyyətli dərəcədə ləngidir və hətta əvvəlki siqaret çəkməyin zərərini azaltmağa kömək edir.

Araşdırmanın nəticələri “European Respiratory Journal”da dərc olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir