siqaret-ve-ezele

Siqaret çəkirsiniz? Əzələ artımını unudun

Baxış sayı: 1. 856

Ardıcıl olaraq sizə açıqlayırıq:

Ürək və ağ ciyərlər
Siqaret çəkən insanlarda oksigen qəbulu azalır ki, nəticədə məşq zamanı tənginəfəslik yaranır. Nəticədə nəfəs pozulur və qanda karbon qazının həcmi artır. Üstəlik siqaret çəkən insanlarda ürək adi vəziyyətdən 30% tez döyünür. Ürək daha çox qan vurmalı olur və nəticədə yaşam fəaliyyətinə mənfi təsir edir.

Yuxu pozğunluğu
Siqaret tüstüsündə olan nikotin yuxu hormonu olan melatoninin ifrazını pozur. Nəticədə siqaret çəkən insanlar daha gec yuxuya gedirlər. Yuxusuzluğun nəticəsində məşq edən insaların bədənləri tam bərpa oluna bilmir. Üstəlik siqaret relaks effekti yaradır. Bu effekt müvəqqəti olduğundan ardınca stres vəziyyətə gətirib çıxardır ki, yuxu pozğunluğuna səbəb olur.

Əzələ artımı
İndi isə əzələnin siqaret ilə birbaşa əlaqəsi barəsində. Deyilən kimi siqaret nəfəs sisteminə mənfi təsir etdiyi üçün məşqi tam yerinə yetrimək olmur. Həmçinin siqaret qanı qatılaşdırır ki, nəticədə əzələlər qan ilə birgə lazımi vitaminləri ala bilmir. Siqaret nəticəsində protein və aminoturşular bədəndə parçalanır. Nəticədə böyümə hormonu və testosteron sintezi pozulur. Siqaret çəkmək əvəzinə düzgün qidalanın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir