siqaret

Siqareti tərgitmək üçün 10 işlək üsul

Baxış sayı: 1. 533
Hər bir siqaret çəkən insan özünə həyatında heç olmasa bir dəfə sual verir: Siqaret çəkməyi necə tərgidim? Lakin asılılıq elə asılılıq adlandırılmaz idi, əgər öz qurbanı uğrunda mübarizə aparmasa idi, yəni sənin uğrunda.
 
Əgər “bazar ertəsindən başlayaraq” və ya “məzuniyyət başlayan kimi” siqaret çəkməyi tərgitmək cəhdləri uğursuzluqla nəticələnirsə, Allen Karrın əsərləri isə səni yuxuya aparırsa, o zaman tütünə qarşı həvəsin öhdəsindən gəlmək üçün sənə aşağıdakı hiylələr kömək edəcəkdir.
 
1. Siqaretləri başqa bir şeylə əvəz edin
Siqaret üçün əlini uzatmaq vərdişi yalnız psixoloji deyil, həmçinin fizioloji asılılıqla da əlaqəlidir. Orqanizm gündəlik olaraq nikotin dozasını qəbul etməyə artıq öyrəşibdir və onun olmadığı müddətdə abstinent sindromu başlayır. Məyusluq, əsəbilik və narahatlıq hissləri səni yenə də siqaret çəkməyə vadar edə bilər.
Bunun baş verməməsi üçün nikotinli yapışqandan, nikotinli konfetlərdən, həblərdən və ya xüsusi saqqızdan istifadə etməyə cəhd et. Bunun kifayət etmədiyini hiss edirsənsə, həkimə müraciət et. Həkim narahatçılığı azaltmağa və diqqəti işlərin üzərində cəmləməyə kömək edəcək dərmanlar təyin edəcəkdir.
 
2. Başqaların dəstəyinə arxalanın
Dostlarınıza, qohumlarınıza və iş yoldaşlarınıza siqaret çəkməyi tərgitmək qərarınız haqqda xəbər verin. Dəstək qrupuna qoşulun, forumda qeydiyyatdan keçin- bu mənfi vərdişi atanlar ilə daha çox ünsiyyət qurun. Uzaqbaşı, sigaretlərdən imtina etdikdən sonra ilk bir neçə həftə ərzində düzgün davranış strategiyasını sizə seçməyə psixoterapevtin qəbuluna düşmək də kömək edə bilər.
 
3. Hirsinizi cilovlayın
Nikotin rahatlaşmağa kömək edir? Əgər sən bundan əminsənsə, təcili şəkildə yeni stress atma üsulu tap. Bu müntəzəm masaj, rahatlaşdıran musiqi, yoqa və ya çay ola bilər.
 
4. Ayıq qal
Bütün spirtli içkilər siqaret çəkmək həvəsini gücləndirirlər. Bu insanları yenə və yenə siqaret üçün əl uzatmağa vadar edən, çox yayılmış “tətikdir”.
Bəzi siqaret çəkənlər üçün belə təkanlardan biri səhərlər bir fincan kofe olur, onu müvəqqəti olaraq çay ilə əvəz etməyiniz məsləhətdir. Yemək yedikdən sonra siqaret çəkənlərə isə bu müddət üçün başqa bir məşğuliyyət tapmaq lazımdır. Məsələn, dişləri təmizləmək və ya saqqız çeynəmək.
 
5. Təmizlik işləri ilə məşğul ol
Sonuncu siqareti çəkdikdən sonra dərhal bütün külqabılarını və alışqanları atın getsin. Mənzili yaxşıca təmizləyin, pərdələri bir neçə dəfə yuyun, xalçaları təmizləməyə göndərin ki, əşyalara və mebelə hopmuş siqaret tüsdüsünü yox edəsən. Əgər bunu etməsən, iy qoxu sənə həmişə yenicə atdığın vərdişi xatırladacaqdır.
 
6. Atmağa yenə və yenə cəhd et
Bir çox adam yarı yolda böhran yaşayıb, yenədə siqaret çəkməyə başlayırlar. Belə hallardan özünüzü daha da yaxşı tanımaq üçün istifadə edin. Siqaret üçün əl uzatmağa nəyin səbəb olduğunu təhlil edin. Və, hökmən siqareti atacağın dəqiq bir günü seç.
 
 
7. Daha da çox hərəkət et
Qaçış, futbol oyunu, roliklər sürdüyünüz zaman adam siqaret çəkmək istəmir. İstənilən hərəkət sənə bəzi abstinent sindrom əlamətlərini yumuşaltmağa və ən azı bir müddətlik tütünü unutmağa kömək edəcəkdir.
 
8. Diyetaları unut
Eyni anda siqaret çəkməyi atmaq və diyetada oturmaq – çox çətin bir tapşırıqdır. Lakin, əgər sən, nə ilə qidalandığına fikir verməsən, o zaman sən öz bədən formanı itirib bir neçə kiloqram yığmaq riski ilə qarşılaşırsan. Öz gündəlik rasionunu faydalı ərzaqlarla müxtəlifləşdirməyə çalış. Sağlam qida haqqında ədəbiyyat oxu, mağazalara getdikdə isə, etiketlərə diqqət yetir. Bu yolla sən öz çəkini qoruya biləcəksən.
 
9. Özün üçün bir hədiyyə fikirləş
Siqaret çəkməyi atarkən sən pullarına qənaət edirsən. Bir gün, həftə və ya ay ərzində siqaretlərə pul xərcləməyəcəyin məbləği hesabla. Sonra isə mağazaya yollan və həmin məbləğə özünə bir hədiyyə al.
 
10. Sağlamlığın haqqında düşün
Siqaret çəkməkdən imtina arterial təzyiqi və nəbzin sürətini azaldır. Qanda karbon oksidinin səviyyəsi artıq siqaretsiz ilk gün ərzində normaya qayıdacaqdır. Siqaret çəkməkdən imtinaya aid bacardığın qədər çoxlu faktlar tap və bəyəndiklərini stikerlər üzərində yazıb bütün mənzil boyu yapışdır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir