Siqaret vərdişi olan insanlar üçün ən çətin işlərdən biri siqareti tərgitməkdir.Türkiyəli professor İbrahim Saracoğlu və mütəxəssis Firidun Konak siqareti tərgitmə üsullarından danışıb. Həmin üsulları təqdim edirik:
İbrahim Saraçoğlunun tövsiyəsi:
Lazım olanlar:
2 stəkan su
1 desert qaşığı yunan lavandası
2 stəkan suyu qazana qoyub qaynadın. Daha sonra 1 desert qaşığı yunan lavandası əlavə edin. 7 dəqiqə dəmləyin. Daha sonra süzün.
Ürəyiniz hər siqaret istədikdə bu qarışımdan bir qurtum alıb ağzınızda saxlayın və çıxarın.
Bu proseduru hər siqaret istədikdə edin. Hər gün yenisini hazırlayın.
Bundan 3 ay ərzində istifadə edin.
Firidun Kunakın bu barədə tövsiyəsi:
2 litr su (8 stəkan deməkdir)
1 kq badımcan
2 limon suyu
Hazırlanması:
Badımcanları halqa şəklində doğrayın, 2 litr suyu içərisinə əlavə edin. 2 limon suyunu da əlavə etdikdən sonra bu qarışımı bir gün gözlədin. Daha sonra badımcanları sıxıb suyunu çıxarın.
Daha sonra hər siqaret istədiyiniz zaman için.