Alimlər nikotinə qarşı iyrənməni təmin edən hissi ixtira ediblər. Bu hiss beyin hüceyrələri vasitəsilə əmələ gəlir. Araşdırmalar zamanı məlum olub ki, ilk çəkilən siqaret onu çəkən insanın beyninə iki dəf çox təsir göstərir. Bu təsir iki hiss ilə – iyrənmə və zövq ilə müşahidə edilir. Elm adamları hesab edirlər ki, bu kəşf siqaretdən imtina etmə üçün bir sıra dərmanların ərsəyə gəlməsinə səbəb ola bilər.
Siqareti çəkən insan ilk dəfə ondan istifadə etdikdə bu ona zövq verməyə başlayır. Günlər keçdikcə isə, bu ləzzətin yerini nikotin asılılığı alır. Elmdə bu günə qədər nikotinin bədənə təsirinin beynin müxtəlif hissələrində neyronların aktivləşməsinə səbəb olduğu bilinirdi. Lakin müəyyən edilib ki, insan nə qədər çox siqart çəkirsə, o zaman həmin adamın beyninin reseptorlarında və yarımkürələrin mükafat sistemində siqnal ötürülməsi prosesində dəyişikliklər baş verir.
Toronto Universitetinin kanadalı alimlərinin bildirdiyinə görə, nikotin beynin müxtəlif hissələrində neyronları aktivləşdirir. İyrənmə hissi daim mövcud olsa da, çox qəbul etdikcə bu hiss ölməyə başlayır və onda vərdiş başlayır.
Bundan başqa, nikotindən asılı olmayan heyvanlarda iyrənmək hissi üçün olan dopamin neyronları daha çox olur. Lakin insanda belə deyil. Bu neyronların sayı azaldıqca, asılılıq artmağa başlayır və həzz mükafatlandırma hissinə dönüşməyə başlayır. Yəni, hər siqaret çəkdikdə beyin bunu mükafatlandırma hiss kimi qəbul edir.
“Asılılıq yarandığında beyində olan motivasiya sistemi keçid mərhələsinə qədəm qoyur” – deyə tədqiqatçı alimlər bildiriblər.
Alimlər ümid edirlər ki, nikotinə qarşı iyrənmə hissini yaradan bu neyronların aşkar edilməsi həm də alkoqoldan əziyyət çəkən insanların müalicəsində yararlı ola bilər. Eynilə də, siqartdn iyrəndirmə preparatlarının təkmilləşməsində bu ixtiranın rolu böyük ola bilər.