Bilirik ki, siqaretin vurduğu zərər çox böyükdür, lakin nədənsə bu, az adamı dayandırır. Nikotin asılılığından qurtulmaq üçün nə edə bilərsiniz? Bir neçə sadə qaydalar var.
1. Birinci qayda “burada və indi” qaydasıdır. Siqaret çəkməyə təhrik edən şeylərdən – siqaretdən, alışqandan və bu kimi şeylərdən qurtulun.
2. Sizin üçün əhəmiyyətli olan birinə siqareti atacağınıza söz verməlisiniz. Çünki biz tez-tez kifayət qədər özümüzə nəzarət etmədiyimiz üçün ruhdan düşürük və ancaq kiməsə söz verdikdə planlarımızdan geri çəkilmək daha çətin olacaq.
3. Siqaret çəkməyə sərf etdiyiniz vaxtı mütləq ayırmalısınız. Çünki çox vaxt problem bir insanın, məsələn, işdə, istirahət etmək, fasilə vermək istəməsidir. Ən sadə şey: “Mən siqaret fasiləsindəyəm” deməkdir. Ancaq bunun əvəzinə nəfəs məşqləri edə bilərsiniz. Gözlərinizi bağlayın, nəfəs alın, nəfəs verin. Beş dəqiqəlik sakit nəfəs alıb-vermə siqaretdən üstün olan sakitləşdirici təsirə malikdir.
4. “Ağızı məşğul etmək” vərdişinizi dəyişdirin. Siqaret çəkənlərdə artıq vərdiş halına gələn bir növ hərəkət var. Siqaret çəkməmək üçün kök çubuqları və ya kərəviz saplaqları çeynəyə bilərsiniz.
5. Ədviyyatlardan daha tez-tez istifadə edin – onlar nikotinə olan həvəsi azaldır. Daha zəngin dad yaratmaq üçün məsələn, bir çimdik anis toxumu kifayət edəcəkdir.
Nubar Süleymanova