Sirli rəqəmlər tarixboyu insanlar üçün maraqlı olub. Rəqəmlər və ədədlər yalnız bir riyazi işarə deyil. Bir çox sivilizasiyalarda və dinlərdə tapılan bu işarələrdən biri olan 137 rəqəminin sirri nədir?
Müxtəlif sivilizasiyalarda və dini quruluşlarda nömrələrə böyük mənalar verildiyi məlum bir həqiqətdir. Təxminən 4000 il əvvəlin tarixi məlumatlarına nəzər salsaq ibrani, yunan, Latın və ərəb cəmiyyətlərində özlərini Allah hesab edən müqəddəslərə müxtəlif rəqəmlərin həsr edildiyini aşkar etmiş olarıq.
Misal üçün, Mayyalılar yaratdıqları 260 günlük mərasim təqvimində hər Tanrıya 1 ilə 13 arasında dəyişən bir rəqəm həsr ediblər.
Əsrarəngiz nömrələr deyəndə Platonistləri düşünməliyik. Çünki bu fəlsəfənin təlimləri və düşündükləri rəqəmlər ağıla, sağlamlığa, ədalətə və evliliyə təsir göstərir. Bu anlayışa görə kainatdakı bütün ədədlərin bir mənası var idi və ilk müsbət rəqəm “1” 10 mükəmməlliyə istinad edir. Bu isə özü-özülüyündə tək, bir olmaq deməkdir.
Bəs 137 rəqəminin sirri nədir?
Richard Feynmana görə…
Feynman Birinci Dünya Müharibəsinin sonunlarında dünyaya gəlib. O, hələ 16 yaşında olanda törəmə və integral hesablama sistemlərini tamamilə mənimsəmişdi. Bundan bir il sonra isə MİT-ə (Massaçusets Texnologiya İnstitutu) daxil olur və orada bakalavr dərəcəsini alır.
Ona insanlar “parlaq zəkalı uşaq”, “qızıl oğlan” deyə xitab edirdilər. 1942-ci ildə ABŞ-ın İkinci Dünya Müharibəsindəki ən böyük layihəsi olan “Manhetten Layihəsi” (atom bombası layihəsi) üçün Feynmana ehtiyac olduğu üçün ona rəsmi dəvət göndərilir.
O, bu layihənin ərsəyə gəlməsində əsas isimlərdən biri idi. “Qızıl oğlan” 1965-ci ildə kvant elektrodinamikası sahəsindəki işlərinə görə Julian Şvinger və Sin-Itiro Tomonaqa ilə birlikdə fizika üzrə Nobel mükafatına layiq görülür.
Riçard Feynman fizika dünyasında bu günə qədər əvəzedilməz alim kimi tanınır.
Sirli rəqəmlər arasında yer alan 137 ilə Richard Feynman arasında olan əlaqə
Professor Feynman 137 rəqəmi ilə yaxından maraqlanırdı. Hətta o, bu rəqəmlə öz arasında o qədər yaxın əlaqə qurur ki, bütün fiziklərə bildirir ki, bu rəqəmin özündə saxladığı sirri çözmək üçün evlərinin hər yerindən 137 rəqəmi yazılmış kağızlar assınlar. O, bildirir ki, bildiklərimiz, bilmədiklərimizin yanında olduqca balaca görsənir.
137 və Sommerfeld sabiti
Fizikada “Sommerfeld sabiti” olaraq bilinən anlayış var. Bu anlayışa görə, yüklü hissəciklər arasındakı elektromaqnit qarşılıqlı təsir gücünü təyin edən ölçülməz fiziki sabit mövcuddur.
137 bu tərifin əksini ifadə edir və elektronun bir foton yayma və ya udma ehtimalı ilə əlaqəsini ortaya çıxarır. “Sommerfeld sabiti” α (alfa) ilə də simvolizə edilir. Bu sabit elektron yükünün sahəsini tutur və işığın sürəti Plank sabitinə bölündüyündə işığın bizə çatmağına imkan verir.
Bütün bunların ən xülasə təsviri; 137 rəqəmi elektromaqnetizm (elektron), nisbi (işıq sürəti) və kvant nəzəriyyəsinin (Plank sabiti) kəsişməsini əhatə edir.
Bu sirli rəqəm ölçüdən asılı deyil. Məsələn, işıq sürətinin saniyədə 300.000 kilometrə yaxın olduğunu bilirik. Elm adamları hesablayıblar ki, Marsda və ya Sirius ulduzunun on dördüncü planetində olan yük, sürət və Plank sabinin vahidlərindən asılı olmayaraq bütün hesablamalar yekunda 137-yə bərabər olacaq.
Feynmandan başqa, dahi fizik Verner Heisenberg yarım əsrlik tədqiqat tələb edən bu sirlə maraqlananlardan biridir. Onun sözlərinə görə, kvant mexanikasının bütün sirləri 137 rəqəminin mənası aşkara çıxdıqdan sonra bəlli olacaq.
Toğrul İsmayıl