sirniyyat

Şirniyyat asılılığının gizli səbəbi

Baxış sayı: 458

Diskomfort, stress, yorğunluq, küskünlük və tənhalıq insanları şirniyyat yeməyə sövq edir. Bu halda insan düşdüyü vəziyyətin səbəbini dərk etməli və çoxlu şirniyyat yemək əvəzinə daha faydalı məhsula meyl etməlidir.

Bu barədə psixoloq İlya Şabşin “MK.ru”ya danışıb. Şabşin qeyd edib ki, problemin psixoloji mənşəyini öyrənmədən yemək vərdişlərini dəyişmək faydasızdır.

“Pis vərdişdən qurtulmaq üçün insanlar adətən onu zərərsiz, lakin vərdişin özü ilə eyni funksiyanı yerinə yetirən bir məşğuliyyətlə əvəz edirlər. Şirniyyata olan həvəsin səbəbini başa düşdükdən sonra bu vərdişdən uzaqlaşmağa və onu daha faydalısı ilə əvəz etməyə imkan verəcək bir məhsul tapmalısınız”, – ekspert bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir