Bəzilərimiz yorğunluğumuzu mövsümi dəyişiliklərlə, bəzilərimiz isə gərgin iş, qaçhaqaçlı şəhər həyatı ilə əlaqələndiririk. Amma bu halın başqa səbəbləri də var. Siz də hər səhər yorğun olursunuz?
Dehidrasyon: Orqanizminizin düzgün işləməsi üçün suya ehtiyacınız var. Əgər gündə 8 stəkan su içmirsinizsə, nəticədə əhvalınız pisləşir və hərəkətiniz yavaşlayır.
Həddən artıq suya məruz qalmaq: Yatmazdan əvvəl duşa girmək yuxunuza mane ola bilər. Yaxşı olar ki, bu prosesi gün ərzində edəsiniz.
Dağınıqlıq: Araşdırmalar göstərir ki, səliqəli yerin olması zehninizi də rahatlandırır. Yorğun olduqda istirahət etmək istəsəniz, mütləq səliqəli otaqda bunu edin.
İstilik: Çöldə hava neçə dərəcə olursa olsun fərq etməz. Siz otağınızın istiliyini 18-20 dərəcə arasında saxlamağa çalışın. Çünki gecə tərləməyin sizə faydası olmaz.
Allergiya: Əgər gözlərinizi qaşıyır və ya davamlı olaraq asqırırsınızsa mütləq həkimə gedin.
Yuxu rutini: Bu dəqiqlik istəyən bir vəziyyətdir. Əgər həftə içi axşam saat 10-da yatırsınızsa və bunu həftə sonları gecə saat 2-yə uzadırsınızsa orqanizminizin ritmi pozulur.
Yatağa əsəbi girmək: Araşdırmaların nəticəsi göstərib ki, yatağa əsəbi halda girmək yatmamaq deməkdir.
Dəmir çatışmazlığı: Dəmir qan axınını qaydasına salır və əzələlərə oksigenin getməsini təmin edir. Əgər gündə 10 mg. dəmir qəbul etmirsinizsə özünüzü yorğun hiss edə bilərsiniz.
Hava şərtləri: Mövsüm dəyişiklikləri əhvalınızı da dəyişir. Xərclədiyiniz endorfin səviyyəsini qaydasına salmaq üçün idman edin və gündə 10 dəqiqə də olsa günəşli havada gəzin.
Qapalı alanda olmaq: Orqanizmin balanslı işləməsi üçün təmiz hava vacib amillərdəndir. Bunun üçün də gündə ən az 30 dəqiqə çöldə gəzmək lazımdır.
Süni işıq: Ekranlardan qəbul edilən işıq beyin dalğalarına mənfi təsir edir. Buna görə də, çalışın yataq otağında bu cür işıqlar olmasın.