Uşağınızda hər şey sizin xoşunuza gəlirmi?
Uşaq nəsə danışanda qulaq asırsınzım?
O, danışarkən üzünə baxırsınızmı?
Siz uşaqda onun danışdığının əhəmiyyətli olduğu hissini yaratmağa çalışırsınızmı?
Siz uşağın danışarkən nitqini düzəldirsinizmi?
Siz uşağa səhv etməyə icazə verirsinizmi?
Siz uşağınızı tərifləyirsinizmi?
Siz onunla birlikdə gülürsünüzmü?
Siz hər gün ona kitab oxumaq üçün vaxtı ayırısınızmı?
Tez-tez uşağınızı qucaqlayırsınızmı?
Siz birlikdə oynayırsınızmı?
Uşağınızın şəxsi kitabları varmı?
Evinizdə elə bir yer varmı ki, o yer yalnız uşağa məxsusdur?
Siz övladınızın sevimli nağılını,kitabını,tamaşasını bilirsinizmi?
Siz uşaqla birlikdə teatrlara,muzeylərə, heyvanat parkına,sirkə gedirdisinizmi?
Siz uşağın televizora baxmaq, kompüter oyunları oynamaq imkanını məhdudlaşdırırsınızmı?
Siz tamaşaya baxandan, kitabı oxuyandan sonar onu müzakirə edirsinizmi?
Siz həkimin qəbulunda və ya mağazada uşaqdan söz soruşulanda o ağzını açmağa vaxt tapmamış onun yerinə cavab verməyə
çalışırsızmı?
Siz uşaqla gəzintilərə getməyə çalışırsınızmı?
Sizin uşağınızın səs-küylə hərəkətli oyunlar oynamaq imkanı varmı?
“Bəli” cavabı – 4 bal;
“Bəzən, ola bilər” – 2 bal;
“Yoxdur, heç vaxt” – 0 bal.
Alınmış balları toplayın . Əgər balların cəmi
80-dən 60-a qədər – siz öz uşağını kifayət qədər yaxşı tanıyırsız, sizin münasibətləriniz çox yaxşıdır, sizə birlikdə çox yaxşıdır;
60-dan 30-a qədər – görünür, siz məşğul insansız, amma buna baxmayaraq siz hamınız uşağınız üçün vaxtı ayırmağı
bacarırsınız;
30-dan az – fikirləşməyə və uşağa bir az daha çox diqqət ayırmağa dəyər. Bu sizi və onu daha xoşbəxt edəcək