seker

Sizdə şəkərli diabet inkişaf edə bilər? – TEST

Baxış sayı: 1. 916

Şəkərli diabet bütün dünyada çox yayılmış xəstəlikdir. Şəkərli diabet xəstəliyi öz ağır fəsadları ilə təhlükəlidir.
Bu fəsadlar arasında – böyrək çatışmazlığı, miokard infarktı, insult, katarakta (“mirvari suyu”), ayaqda qanqrena (toxumaların çürüməsi) və s.
Həkimlərin fikirinə görə, çox sadə qaydalara əməl etdikdə insan özünü bu xəstəliyin inkişafından qoruya bilər. Ən əsas qaydalar – düzgün sağlam qidalanma, daim fiziki aktivlik, streslərdən və pis vərdişlərdən uzaq olmaq, artıq çəki yığmamaq.
Əgər insanın yaxın qohumları arasında bu xəstəlikdən əziyyət çəkənlər varsa, bu qaydalara əməl etmək xüsusilə önəmlidir.
Həmçinin 40 yaşından yuxarı olan insanlar ildə 1 dəfə olmaqla qanda şəkərin səviyyəsini yoxlamalıdır. Bu xəstəliyin ilkin mərhələlərdə aşkar olunmasına kömək edir. Şəkərli diabetin inkişaf etmə riskini özünüzdə təyin etmək istəyirsinizsə, bu TESTdən keçin. Bunun üçün aşağıdakı ifadələri təsdiq və ya inkar edin:
1. Siz daim bədən tərbiyəsi və idmanla məşğul olursunuz.
2. Sizin qidalanmanızda meyvə-tərəvəz əsas yer tutur.
3. Yağlı, qızardılmış, şirin qidalar qidalanmanızda nadir hallarda olur.
4. Siz spirtli içkiləri qəbul etmirsiniz.
5. Həyatınızda stresli vəziyyətlər az olur.
6. Sizin arterial təzyiqiniz normaya uyğundur (140/90 c.st. kimi).
7. Yaxın qohumlarınız arasında şəkərli diabetdən əziyyət çəkən insanlar yoxdur.
8. Sizin artıq çəkiniz yoxdur. (Boyunuzdan (sm-lə) 100 çıxın. Sizin çəkiniz bu rəqəmdən çox olmamalıdır.)
Əgər siz bütün ifadələri təsdiq etmisinizsə, bu o deməkdir ki, hal hazırda sizdə şəkərli diabet xəstəliyinin riski olduqca azdır.
Hər inkar olunmuş ifadə sizdə bu xəstəliyin riskinin artmasını göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir