Aşağıdakı İfadələri təsdiq və ya inkar edir. Hər təsdiq olunmuş ifadə – 1 baldır.
Balları toplayın və özünüzdə bu xəstəliyin gələcəkdə inkişaf olmağının ehtimalını təyin edin.
1. Siz tez-tez hündürdaban ayaqqabı geyinirsiniz. (1 ball)
2. Sizin valideynləriniz və (və ya) yaxın qohumlarınız (nənə, bibi, xala və s.) arasında varikoz xəstəliyindən əziyyət çəkənlər var. (1 ball)
3. Gün ərzində siz bir vəziyyətdə çox qalırsız (oturursuz və ya ayaq üstə dayanırsız). (1 ball)
4. Sizdə artıq çəki var. (1 ball)
5. Sizdə yastıpəncəlik var. (1 ball)
6. Siz isti vannalar tez-tez qəbul edirsiz, hamama, saunaya gedirsiniz. (1 ball)
7. Siz tez-tez dar paltar (dar cins və s.), bədəni sıxan alt paltar geyinirsiz. (1 ball)
8. Demək olar ki, siz piyada gəzmirsiz. (1 ball)
9. Siz idmanla, bədən tərbiyəsi ilə məşğul olmursuz. (1 ball)
10. Qidalanmanızda meyvə-tərəvəz tez-tez olmur. (1 ball)
11. Siz tez-tez ağır əşyalar (çantalar və s.) qaldırırsınız və daşıyırsınız. (1 ball)
NƏTİCƏNİ YOXLAYIN:
3 bala kimi – sizdə bu xəstəliyin inkişafı riski azdır.
3 – 6 ball – sizdə bu xəstəliyin inkişafı riski ortadır və ya sizdə bu xəstəliyin ilkin əlamətləri var.
7 – 11 ball – sizdə bu xəstəliyin inkişafı riski böyükdür və ya sizdə bu xəstəlik artıq inkişaf edib.