Hamımız çılğıncasına bunları etmişik.
-“Budilnik”i saat 07:59-a qurub, sonra o bir dəqiqəni belə yatan insanlar;
-Telefonla danışanda kiməsə əsəbiləşəndə o telefonu atmaq üçün yumşaq yer axtaran insanlar;
-Bir nəfər “çay süzməyə gedirəm” deyəndə, stəkandakı çayını “hüüp” içib özünə də istəyən insanlar;
-Mobil telefonunu evdə yox, işdə və ya universitetdə şarj edən insanlar;
-Qarışıq quru meyvələrin içindən təkcə fıstıqları yeyın insanlar;
-Kiminləsə ortaq hesab ödəyəndə, “Qaqaş, səndə nəğd varsa, ver, mən kartla ödəyəcəm” deyən insanlar;
-Bir neçə nəfərlə metroya düşəndə vaqonun künc tərəfində oturmaq üçün əlbəyaxa döyüşə çıxan insanlar;
-Şampun bitənə yaxın içərisinə su doldurub bir müddət də elə istifadə edən insanlar;
-Səhər oyananda əvvəlcə komputerin açıb, sonra ayaqyoluna gedən insanlar;
-Şəkər tozuna və ya qəndə pul verməmək üçün kafelərdən, restoranlardan “fırlatdığı” qəndləri ciblərinə doldurub gedən insanlar;
-Şəhərlərarası avtobus səyahətində su və ya çay təklif edilən zaman hər cür imkandan faydalanmaq üçün yatsa belə, oyanan insanlar;
-Hər ay internet pulu verməmək üçün evin qarşısındakı kafenin internetindən istifadə edən insanlar;
-Su içmək üçün ayaqyoluna gedəcəyi vaxtı gözləyən, əvvəl suyunu içib, sonra tualetə gedən insanlar;
-İmtahanda kağızları tez dolsun deyə həmişə böyük hərflərlə yazan insanlar.