Bir həqiqət var ki, iştahanı azaldan qidalar kimi onu artıran, bizi daha çox yeməyə vadar edın qidalar da var. Bu qidaları çox yeməyə səbəb acgözlük yox, məhz həmin qidaların iştaha yaratmalarıdır. Saytımız vaxtaşırı sizə sağlam arıqlamağa kömək edən qidaları təqdim etdiyi kimi, istəyinizi nəzərə alıb sağlam kökəlməyə yardımçı olan qidaları da təqdim edir.
Tam buğda çörəyi
Bütün taxıl çörəklərində qlisemik indeksi yüksəkdir ki, bu da, snikersdən daha çox qan şəkərinin miqdarını artırır. Artan insulin səviyyəsi kilo almağa gətirib çıxara bilər.
Taxıl
Süddə bişmiş dənli bitkidən daha asan və xeyirli qəlyanaltı yoxdur. Bundan əlavə bu tip qidaların tərkibində çox halda liflər və E vitamini var ki, bunlar da toxluq hissi vermir.
Salat
İstənilən salat toxluq hissi vermir, əksinə aclıq hissi yaradır. Əgər mədənin boşluğunu təmin etmək istəyirsinizsə o zaman salatdan sonra tərkibində zülal olan qoz-fındıq, meyvə və ya pendir yeyə bilərsiniz.
Təzə kokteyllər
Bir doğru var ki, orqanizmimiz hər qəbul edilən sulu qidaları tanımır. Bu tip kokteyllər də təbii tərkibli olduğu üçün toxluq hissi verir. Amma elə meyvə, tərvəz, göyərti, qoz-fındıq var ki, onlar aclıq hissi yaradır.
Giləmeyvə və meyvələr
Bütün dietoloqlar təsdiq edirlər ki, istənilən meyvə maddələr mübadiləsini sürətləndirir və aclıq hissi yaradır. Yuxarıda qeyd etdiyimiz kimi, onların tərkibindəki qlükoza qandakı insulinin miqdarını artırır və nəticədə daha çox yeməyə başlayırsınız. (Foxy.az)