Qadin

Sizi daha gənc göstərəcək makiyaj üsulları – FOTOLAR

Baxış sayı: 945

Makiyaj edərkən kiçik toxunuşlarla daha gənc görünə bilərsiniz. “Gencaile.az” daha sizi daha gənc göstərəcək makiyaj nümunələrini təqdim edir.

 

Qaşlar

Makiyajınıza qaşlarınızı vurğulamaqla başlamağınız, qalan makiyaj məhsullarını necə və nə qədər istifadə edə biləcəyinizə istiqamət verəcəkdir. Beləliklə, çox məhsul tətbiq etməyərək, daha gənc bir görüntü əldə edəcəksiniz.

Dərinizi makiyaj üçün hazırlayın

Gənc görünüş əldə etməyin yolu sağlam dəridən keçir. Su içmək və nəmləndirici kremlərdən istifadə etmək dərini nəmləndirir və sağlamlığına qovuşmasına kömək edir. Bu makiyaj üçün də dərini hazır edir.

Düzgün krem seçmək

Gənc göstərən makiyajın ən vacib detallarından biri üzə incə, nəm və parlaqlıq verən krem istifadə etməkdir. Beləliklə, dəriniz gənc görünüşü düzgün seçdiyiniz kremlə əldə edəcək.

Təbii görünməyə çalışın

Tünd göz makiyajı, qalın çəkilən tonal krem və ya ənlik insanı yaşından daha böyük göstərir. Bu səbəblə az makiyaj ilə daha çox gözəllik qazanmağı hədəfləməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir