depresiya

Sizi depressiyadan qoruyacaq 7 vərdiş

Baxış sayı: 558

Payız daha çox depressiyaya düşmə mövsümü kimi yaddaqalır. Havaların soyuması, istirahətin bitməsi insanı depressiyaya salır. Sağlam həyat tərzi keçirərək depressiya riskinizi azalda bilərsiniz.

Əhval-ruhiyyə pozğunluğu olan depressiya, həyat keyfiyyətini aşağı salan, davranışlara, duyğu və düşüncələrə mənfi təsir göstərən psixoloji bir xəstəlikdir. Kembric Universiteti və Çinin Fudan Universitetinin tədqiqatçılarının da daxil olduğu beynəlxalq qrup tərəfindən aparılan araşdırmada həyat tərzi və sağlamlıq məlumatlarını ehtiva edən 290 min insan üstündə araşdırma aparılıb. Onlardan sağlam həyat tərzi sürməyən 13 mini depressiya keçirib.

7 sağlam vərdiş sizi payızda depressiyadan xilas edə bilər:

Gecə yeddi-doqquz saat yatmaq.
Sosial münasibətlərdə olmaq.
Spirtli içki içməmək.
Sağlam qidalanmaq.
Daimi idman etmək.
Siqaret çəkməmək.
Az oturmaq.

Tədqiqatçılar bu vərdişlərin faydalarını da araşdıraraq iştirakçıları üç qrupa ayırıblar. İnsanların 57 faizi bu qaydalardan ən çox idman etməyə əməl edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir