Hər birimizin alışqanlıqlarımız, zövqlərimiz hər biri birlikdə bizi təmsil edir. Fərqində olmasaq belə, ətrafdakılara, öz kimliyimiz haqqında məlumat veririk.
1) Yemək yemə
Bir insan əgər tez-tez yemək yeyirsə, bu onun narahatlıqla dolu olduğunu ifadə edə bilir. Yeməyini daha sakit yeyənlər isə həyatda zövq alaraq yaşamağa üstünlük verirlər.
2) Pul xərcləmək
Pulu xərcləməyimiz də bizim haqqımızda çox şeyi göstərə bilir. Düşünülmüş şəkildə pul xərcləyən insanlar, daha səbrli olduqları görülür.
3) Duruşumuz
Necə oturmağımız vəya ayaqda necə dayanmağımız kimliyimiz haqqında bir çox şeyləri idarə edə bilir. Önə əyilmiş şəkildə olan duruş qərarsızlıq, dik duruş isə özgüvəndən xəbər verə bilir.
4) Yerimə tərzi
Özündən əmin ol insanın yerişi açıq olduğu halda, qapalı tərz isə utancaqlığın əlaməti ola bilir.
5) Əl ilə salamlaşma
Qarşınızdakı insanla salamlaşma, normal əl sıxma olarsa, güvəni, əgər qorxaq şəkildə əl uzadılarsa, güvənsizliyi ifadə edir.
6) Ayaqqabı seçimi
Daha rahat ayaqqabı seçənlər, daha tez düşdüyü mühitə uyğunlaşa bildiyi halda, dar boyunlu ayaqqabı geyinənlər isə daha çox müdafiə mövqeyində dayanan şəxslər olur.
Zümrüd Haqverdiyeva
“Peşəkar Psixoloqlar İctimai Birliyi”nin psixoloqu