Praktiki olaraq hər kəs bu və ya digər dərəcədə utancaqdır. Lakin bu, hamıda özünü eyni cür təzahür etdirmir. Utancaqlıq bəzən insana xüsusi cazibə və şarm qatır. Amma bayram əhval-ruhiyyəsi olmayan, az ünsiyyətcil, bir sözlə utancaq insanları elə də xoşlamırlar. Onlarla əlaqə və münasibətlərdən çoxları çəkinir. Testin təqdim etdiyimiz suallarına “bəli” və “xeyr” cavablarını verməklə utancaq olub-olmadığınızı müəyyənləşdirin.
1) Hansısa şənliyə gələndə libasınız orada iştirak edənlərin libasına tam olaraq uyğun gəlmədiyinə görə siz özünüzü narahat hiss edirsiniz?
2) Kimsə sizin gündəliyinizi, yaxud məktubunuzu oxusa, bundan əməllicə məyus olarsınız?
3) Bəyəndiyiniz insanı şama dəvət etmək lazım gələndə çox tərəddüd keçirir, “yox” cavabından qorxur, ünvanınıza ola biləcək qınaq, məsxərə və gülüşlərdən ehtiyatlanırsınız.
4) Sizə hansısa oyunda iştirak etməyi təklif ediblər. Onun qaydaları ilə tanış olmadığınız üçün bundan imtina edəcəksiniz?
5) Yığıncağa, yaxud iclasa geciksəniz, qapını açıb içəri daxil olmağa cürət etməyəcəksiniz. Çünki belə anlarda özünüzə diqqət cəlb etməyi heç sevmirsiniz?
6) Auditoriya qarşısında çıxış etmək lazım gəldikdə məruzənizi, demək olar ki, əzbər bilsəniz belə, gözünüzü qeydlərinizdən çəkə bilmirsiniz?
7) Fitnes-klublarda, toy və ad günlərində öz yöndəmsizliyinizdən utanıb daha çox kənara çəkilməyə üstünlük verirsiniz?
8) Dostlar arasında heç vaxt lətifə və şən əhvalatlar danışmırsınız. Çünki ətrafdakıların diqqətini cəlb etmək sizi çox utandırır?
9) Əgər kimdənsə narazısınızsa, bunu dərhal ona bildirirsiniz?
10) Sizə dəbə uyğun paltarda insanların çox olduğu yerlərdə görünmək xoşdur?
11) Heç vaxt ən müxtəlif yarışlarda iştirak etməkdən imtina etmirsiniz, hətta buna qabaqcadan hazırlaşmasanız belə.
12) Əgər məruzə dinləyən zaman nəyisə başa düşməmisinizsə, mütləq buna aydınlıq gətirilməsini xahiş edəcəksiniz?
13) Çimərlikdə və yaxud hovuzda çimərlik paltarında görünməkdən utanmırsınız?
14) Əgər idman klubunda məşqçi və ya rəqs dərslərində müəllim hansısa bir hərəkət, yaxud fəndi nümayiş etdirmək üçün tərəfmüqabili axtarırsa, siz diqqəti öz üzərinizə cəmləməyə çalışırsınız?
15) Kimsə sizin işinizə, fəaliyyətinizə münasibət bildirmək istəyirsə, bu, xoşunuza gəlir?
16) Əgər dostlarınızdan hansısa sizinlə yad kampaniyada zarafat edirsə, heç də məyus olmur, əksinə, onlarla bircə danışıb-gülürsünüz?
Balları hesablayın və nəticələri çıxarın:
1, 2, 3, 4, 5, 6, 7, 8-ci sualların hər birinin “bəli” cavabı və 9, 10, 11, 12, 13, 14, 15 və 16-cı sualların hər birini “xeyr” cavabı üçün özünüzə 1 bal hesablayın.
14-16 bal – Siz dəhşətli dərəcədə utancaqsınız. Yaxınlarınıza ətrafınızdakı insanların sizə hansı münasibət göstərməsi ilə bağlı suallar verməyə son verin. Bu, təbii ki, onların sizdən bezməsi ilə nəticələnə bilər.
10–13 bal – Siz ətrafdakı insanların fikir və rəylərindən çox asılısınız. Çalışın, daha da cürətli, qətiyyətli və iradəli olasınız. Onda sizi əhatə edən insanlar diqqətinizi və hörmətinizi qazanmağa çalışacaqlar.
7-9 bal – Siz utancaqsınız. Lakin başqaları bunu hiss edə bilmir. Öz utancaqlığınızı və kompleklərinizi çox uğurla gizlətməyi bacarırsınız. Zəif cəhətlərinizi aşkarlayıb onları islah etməyə cəhd göstərin.
3-6 bal – Siz cəsarət və utancaqlıq arasındakı balansı çox asanlıqla qoruyub-saxlaya bilirsiniz. Siz azad və qətiyyətlisiniz. Lakin, eyni zamanda, həmişə ətrafdakıların fikir və rəylərini nəzərə alırsınız.
0-2 bal – Siz başqa fikrə, rəyə əhəmiyyət verməyən insanlardansınız. Çox zaman davranışınız ətrafdakılar tərəfindən biganəlik və soyuqluq kimi qarşılanır. Çalışın, ən azından doğma və əzizlərinizə istiqanlılıq nümayiş etdirəsiniz.