Şizofreniya(yunanca “schizo” – parçalayıram, “phren” – idrak, ağıl deməkdir) – tutmalar şəklində fasiləli və ya fasiləsiz davam edən tədricən kəskinləşərək şəxsiyyətin xarakter dəyişiklərinə gətirib çıxaran xronik gedişli, psixi xəstəlikdir. Xəstəliyin əsasən gənc yaşlarada meydana çıxması(17-25 yaş), geniş yayılması, xronikgedişlə əlaqədar əmək qabiliyyətinin itməsi,etiologiya və patogenezinin dəqiq öyrənilməməsi və buna görə də məqsədəuyğun müalicəsinin olmaması onu psixiatriyanın ənaktual probleminə çevirmişdir. Sağlam əhali arasında şzifreniyaya tutlam halları 0.5-1 %-ə bərabərdir.Bu xestəlik keçici və ya qalıcı ola bilər.İsanın düşüncə, duyğu və davranışlarında,özünün və ətrafındakılara əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Şizofreniya irsi xəstəliklərdən biridir.ŞİZOFRENİYA-düşüncə prosesindəki problemlər və zəif,emosianal cavablarla xarakterizə olunan əqli xəstəlikdir. Ümümi simptonlar,paranoid,esitme hallusinasiyaları,nitqdə əks olunan düsüncə pozğunluğunun daxil olduğu yanılmalardır.Xəstəliyin ən sıx təzahürləri esitmə qarabasmaları,paranoik və ya fantastik sayıqlama və ya nitq qabiliyyətinin pozulmasıdır. Kişi və qadinların xəstəliyə tutulma sayı təxminən eynidir. Lakin belə bir tendensiya var ki, qadınlarda xəstəliyin başlanğıcı kişilərə nisbətən gec baş verir.
Şübhə yoxdur ki,insan cəmiyyəti yarandığı ilk dövrlərdə də şizofreniya xəstəliyi mövcud olmuşdur. Bu,qədim rəvayətlər,nağıllar və s. mənbələrdən məlumdur.Məsələn, Troyan padşahının müharibədən boyun qaçırmaq məqsədilə özünü ruhi xəstə kimi aparması,taxt-tacı tərk edərək səhralarda yaşaması ve s.
Şizofreniyanı elmi səkildə ilk dəfə alman psixiatrı E.Krepelin olmuşdur. O, fransız alimi M.Morelin “Erkən ağıl zəifliyi”,E.Hekkerin “Heberfreniya”,K.Kalbaumun “Katatoniya”və M.Mayanın “Xroniki sayıqlama psixozları” adı ilə təsvir etdikləri psixi xəstəlik formalarını “Erkən ağıl zəifliyi” adı altında birləşdirərək,indiki şizofreniya xəstəlilinin gedişinin əsas qanunauyğunluqlarını təsvir etdi. Bu xəstəliyin əsas əlamətləri:nitqin qırıqlığı,şəxsiyyətin,emosiyaların və irdənin pozuntuları başlıca əlamətlər kimi göstərilmişdir.E.Bleyler isə ”şizofreniya” terminini elmə gətirdi.E.Krepelin və E.Bleylerin tedqiqatlarından sonrakı illərdə şizofreniyaya olan münasibət dəyişməyə başladı. “Ağıl zəifliyi” termini “Psixoloji qüsur”,ağıl zəifliyinə aparan proses isə “tədricən şiddətlənmə”anlayışı ilə əvəz olundu. Beləliklə,şizofreniyaya,yeni baxımdan tədricən şiddətlənərəkqüsur əmələ gətirən,yaman və ya xoş,yəni yumşaq və ya süstgedişli formaları olan xəstəlik kimi yanaşılmağa başlandıı.2.Simptomatologiyası. .Şziofreniyanın klinik təzahürləri öz xarakter məzmununa görə, psixopataolji əlamətlərin ifadəolunma dərəcəsinə görə müxtəlifdir. Bu xəstəlik zamanı psixi pozuntunun demək olar ki, bütün formalarına qavrama, təfəkkür, emosiya, iradə, meyl sferası və s-ni əhatə edən əksər psixopatoloji əlamətlərə rast gəlinir. Lakin bu pozuntuların bir çoxu tək-tək hallard, bəziləri isə mütləq əlamət kimi xəstəliyin bütün klinik formalarında müşahidə olunur.
Şizofreniyanın ən xarakter əlaməti xəstəliyin adında öz əksini tapmışdır. Bu psixi tamlığın parçalanması, yəni şəxsiyyətlə mühit arasındakı normal,harmonic əlaqənin pozulasıdır. Bu psixopatoloji hal şizofreniyanın gedişinin bütün mərhələlərində, xəstəliyin klinik variantlarından asılı olmayaraq bu və ya başqa formada təzahür edən başlıca əlamət kimi daima özünü büruzə verir. Psixi tamlığın parçalanması, şəxsiyyətlə mühit arasındakı normal vəhdətin pozulması, xəstənin təfəkküründə, emosiyalarında, iradə və davranışında özünü göstərir.
Diaqnostik əhəmiyyət kəsb edən əsas əlamətlərə aşağıdakıları aid etmək lazımdır.
Təfəkkürün pozuntuları. Şizofreniya xəstəliyi zamanı təfəkkür sferasına məxsus olan pozuntuların qeyd olunması adi hal olmaqla lap ilkin mərhələlərində aşkar edilir. Assosiasiyaların normallığı dəyişərək xarici mühitdə baş verən hadisələrlə sağlam əlaqə itirilir və ona görə də təsəvvürlər yanlışxarakter daşıyır. Təfəkkürün qırıqlığı, mənasız müdriklik, uzunçuluq, bəzən fikirlərin axını, onların çoxluğu – mentizim, bəzən isə əksinə,onların yoxluğu, bir anlığa dayanması –şperrunq müşahidə olunur.
Nisbətən ağır pozuntular zamanı assosiasiyaların gedişində cümlələr öz qrammatik quruluşunu saxladığı halda məzmununu itirir. Belə ki,sözlər arasında əlaqə olmur, cümlələrin mənası başa düşülmür.
Təfəkkür pozuntusunun əksər formaları, bir qayda olaraq, xəstələrdə autizmi, özünəqapanmanı əks etdirir. Autistic təfəkkür reallığını itirmiş, xəstənin “xüsusi”,daxili məntiqinə uyğun tərzdə cərəyan edən fikirlərdir. Assosiaisyaların qırıqlığıyazıda və xəstənin bədii yaradıcılığında da özünü büruzə verir. Assosiasiyaların gedişi fikirlərin qeyri-ixtiyarı axını – mentizim formasını ala bilər.fikirlərin qeyri-ixtiyari axını xəstələr tərəfindən çətin qəbul edilir. Bununla bərabər qısamüddətli “fikirsiz” vəziyyətlər müşahidə olunurki,xəstələrbunun boşluq, uçurum, iflas kimi qiymətləndirirlər. belə hallarda xəstələr söhbət zamanı bəzən susur və bunu “fikirqırıqlığı” ilə izah edirlər.
Şizofreniya xəstəliyində tez-tez təsadüf edilən əlamətlərdən biri də simvolik təfəkkürdür. Xəstələr konkret sözləri, əşyaları və s. mücərrəd məzmun ifadə edən, cəfəng, qeyri-müəyyən fikirlərlə əvəz edirlər. Həqiqi qanunauyğunluğunu, əsl məzmununu itirmiş məntiqsiz təfəkkürünolması da şizofreniya üçün xarakter əlamətdir. Hadisə və əşyaların, onların qarşılıqlı ılaqəsinin təhlili və əqli nəticə çıxarma qabiliyyətinin pozulması şizofreniya xəstəliyi zamanı tez-tez rast gəlinir. Xəstəliyin başlanğıcında müşahidə olunan təşviş, qorxu hisləri tədricən inkişaf edərək sayıqlama fikirlərinə çevrilir. Xəstəliyin tarixi nə qədər azdırsa, pataloji proses bir o qədər yavaş inkişaf edir və sayıqlama ideyalarını aşkar etmək bir o qədər çətin olur. Sayıqlamanı xəstə iləilk söhbətdə müəyyən etmək həmişə mümkün olmur. Bu, prosesin başlanğıcında xəstənin şəxsiyyətinin mühafizə olunması ilə əlaqədardır.
Şizofreniyanın kəskin başlanğıcı üçün orazlı sayıqlamalar xarakterikdir. Bu zaman xəstələr bütün təbii hadisələrə xüsusi məna verir. Belə heasb edirlər ki, bu hadisələr onlara aiddir. Onlar gördüyü, eşitdiyi adi şeylərə yanlış məna verir, yaxud da təhlükəli, təhqiredici bir hal sayırlar.
Sayıqlamanın daha tez-tez rast gəlinən formalarına təqib sayıqlamaları qiddir. Bu zaman xəstə özünün həmişə təqib olunduğunu qeyd edir. Hər yerdə onu bir neçə nəfərin, yaxud tam bir təşkilatın təqib etdiyini söyləyir.
Özünü böyütmə sayıqlamaları nadir hallarda müşahidə olunur. Bəzən xəstə özünü “sirli ilahi qüvvə”, “hər şeyi bilən şəxs” hesab edir. Bu zaman o, düşünür ki, nəhəng işlər görməyə, təbiəti, insanın bədən quruluşunu dəyişməyə qadirdir. Digər hallarda xəstə özünün ölməzliyini, ilahi və əzəmətli olmasını təkid edir. Bəzən isə müxtəlif orqanlarda pataloji dəyişikliklərin olduğunu söyləyir(ağciyərləri havanı xaric etmir, bağırsaqları, ürəyi işləmir və s.). ipoxondriya adlanan belə sayıqlamalar ən cidi müalicəyə belə çətin tabe olur.
Xəstəliyin bəzi formalarında müşahidə olunan əlamətlərindən biri də psixi avtomatizm sindromudur.Hallüsinasiya və sayıqlama əlamətləri fonunda cərəyan edən, xəstəyə kənar qüvvə tərəfindən məcburi icra etdirilən hərəkət və fikirlər psixi avtomatizm və ya Kandinski – Klerambo sindromu adlanır. Xarakerinə görə ideator, sensor və motor formaları ayrıd edilir. Ideator psixi aavtomatizmə missal olaraq fikirlərin səslənməsini qeyd etmək olar. Bu zaman xəstə fikirləşdiyi hər şeyi eşidir və ya onlar əks-səda kimi təkrarlanır. Ideator avtomatizmə “məcburi” icara olunan, qarşısıalınmaz fikirlərin axını aiddir. Xəstə fikilərin başqası tərəfindən “beyinə doldurulmasından”, fikirlərin “təzyiqindən” şikayətlənir.
Emosional pozuntular. Şizofreniyanın əsas əlamətlərindən biri olub xəstəlyin gedişi boyu bu və ya başqa formada – başlıca olaraq emosional kütlüklə ifadə olunur. Xəstələr yaxın adamlarına, qohumlarına, o cümlədən, valideynlərinə, övladlarına qarşı normal hissiyyatlarını itirir, onlara soyuqqanlı, biganə münasibət göstərirlər. Eyni zamanda bəzən olduqca tələbkar, yüksək emosionallıq, hətta affektiv reaksiyalarda ifadə olunan tərzdə münasibətərini dəyişə bilirlər.
Xəstəliyin erkən dövründə adi hadisələrə qarşı paradoksal emosional reaksiya üstünlük təşkil edir. Belə ki, bu vaxtadək istəkli olan valideynlərə qarşı qəzəb, kin, sevdiyi peşəyə qarşı nifrət, dözümsüzlük kimi hisslər meydana çıxır. Bəzi xəstələr yaxın adamlarına qarşı eyni zamanda həm nifrət, həm də məhəbbət hissi – ambivalentlik bəsləyirlər.
Xəstələrin xarici görünüşü, mimikası çox vaxt onun emosiyası ilə uzlaşmır. Məsələn, gülərüzlü xəstə faciəli hadisə haqqında danışır, əsəbi halda olan xəstə özünü qeyri-təbii, yüngül aparır. Bir sıra hallarda səbəbsiz olaraq xəstə özündən çıxır, yaxın adamlarını təhqir edir, əvvəllər ona xas olmayan kobud, nalayiq sözlər işlədir. Ailədə baş verən hər hansı bir bədbəxt hadisə, hətta yaxın adamın ölümü xəstəni maraqlandırmır.
Xəstəliyin sonrakı dövrlərində, xüsusən bədxassəli şizofreniyada tam laqeydlik və emosional kütlük inkişaf edərək daimi əlamətə çevrilir.
Iradə və fəaliyyət pozuntuları. Şizofreniyaya tutulan xəstələrdə müşahidə olunan süstlük, hərəki fəaliyyətin və aktivliyin enməsi xəstələrin böyük əksəriyyətində rast gəlinən tipik əlamətlərdəndir. Xəstə öz sevimli peşəsi ilə məşğul olmağa və ya təhsilini davam etdirməyə laqeyd münasibət bəsləyir, günlərlə evdən bayıra çıxmır, yaxın qohumları, dostları ilə əlaqə saxlamaqdan, söhbət etməkdən imtina edir. Özlərinə lazimi gigiyenlik xidmət göstəmədikləri, geyimlərinə, səliqəsinə fikir vermədikləri üçün xarici görkəmləri dəyişir, pinti və əcaib görkəm alırlar. Xəstəlik yaman gedişə mailk olarsa və vaxtında müalicəvi yadım göstərilməzsə onlarda tam hərəkətsizlik, nitqin tormozlonması, natəmizliyin artması kimi əlamətlər güclənir.
Xəstə, həkimlə söhbət etmək istədiyini bildirir, buna təkid edir, onunla tək qaldıqda isə susur, heç nə demir. Yaxud o, müalicə olunmağa razılıq verir, hətta müalicə ilə maraqlanır və elə bu vaxt dərman qəbul etməkdən imtina edir, təcili evə getmək istədiyini bildirir, inandırmağa çalışır ki, o, sağlamdır.
Özünüdərketmənin pozulması haqqında xüsusi danışmaq lazımdır. Bu sindromun şizofreniaynın, demək olar ki, bütün kliniki formalarda təsadüf etməsi onu xəstəliyin əsas əlamətlərindən biri kimi qiymətləndirməyi tələb edir. Özünüdərketmə qabiliyyətinin pozulması ilə yanaşı psixi fəaliyyətin bəzi cəhətlərinə qarşı yadlaşma, onları inkaretmə yaranır. Bəzən isə özünün “ikiləşdiyini” deyir, öz varlığını real həyatdan təcridolunmuş təsvir edir.
Müalicəsi. Müalicəsinin əsası ilk öncə dopaminin reseptor fəaliyyətinin qarşısını alan antiöpsixi müalicədir. Psixoterapiya peşə, social reablitasiyada, müalicədə əhəmiyyətlidir. Özünə və başqalarına xəsarət yetirmə halları olanda ilk dəfədən fərqli olaraq xəstənin qısa müddətdə xəstəxanada qalmasına baxmayaraq, o, mütləq xəstəxanaya yerləşdirirlir.
Ülvi Salmanlı