?????????????????????????????????????????????????????????

Şizofreniya xəstəliyi nədir? – “SAĞLAMLIQ BƏLƏDÇİSİ”

Baxış sayı: 871

Şizofreniya ciddi və kompleks ruhi xəstəlikdir. Psixozun ən çox görülən formasıdır. (Psixoz – reallığı qiymətləndirmə bacarığının itirilməsi deməkdir) Əvvəllər funksional psixiatrik xəstəliklərdən biri kimi təsnif edilirdisə, indi əsasən beyin fiziologiyasının anormallığı kimi qəbul edilir. Bütün dünyada insanlar arasında hər 100 nəfərdən birində rast gəlinir. “Gencaile.az” saytının “Sağlamlıq bələdçisi” rubrikasında Uzman psixiatr dr. Fuad Bəşirovun məhz bu haqda olan məqaləsini təqdim edirik.

Fuad besirov

Şizofreniyanın əsasında düşüncə və qavrayışın pozulması dayanır. Xəstəlik zamanı intelektual qabiliyyət əsasən pozulmasa da, fərdi xüsusiyyətlər və özünü idarə etmə bacarığı itirilir. Şizofreniya başlanğıcı zamanı xəstənin mövcud məşğulliyətində uğursuzluqlar, dərslərdə geri qalma, iş yerində işlərini yerinə yetirə bilməmək, ailədə, işdə, dostları arasındakı münasibətlərdə pozulmalar görülür.

 

Şizofreniyanın əlamətləri və əsas simptomları

  • Əsası olmayan düşüncələrin olması, xüsusi ilə tanıdığı və ya tanımadığı insanlar tərəfindən izlənmə, zərər görmə düşüncələri, düşüncələrinin başqa insanlar tərəfindən oxunması və ya yad düşüncələrin ağıllarına yerləşdirilməsi və sair kimi reallıqla örtüşməyən düşüncələrin biruzə verməsi.
  • Halusinasiyalar, olamayan şeylərin gözə görünməsi, əmr verən səslər, aşağılayan, danlayan və ya öz aralarında danışılan əslində olmayan səslərin eşidilməsi kimi duyğu orqanlarının qavrama qabiliyyətinin pozulması.
  • Danışıq qabiliyyətinin pozulması, uyğunsuz danışma, çox və mənasız danışma, cümlənin qramatik quruluşunun pozulması, yeni sözlər “kəşv etmə”.
  • Davranış qabiliyyətlərinin pozulması, hərəkətlərdə yavaşlama və ya donmalar (katatoniya)
  • Emosiyaların azalması, özünə qapanma, az danışmaq və ya susmaq

Şizofreniyanın müalicəsi

Şizofreniyanın müalicəsi xəstəliyin ilkin mərhələsində mövcud simptomların dərmanlar vasitəsi ilə kontrol altına alınması, xəstənin vəziyyətinin stabilləşdirilməsi və müalicəyə uyumlu hala gətirilməsindən ibarətdir. Erkən mərhələdə qoyulan diaqnoz və müalicə ilə xəstələrin çoxu mövcud işlərinə, ailə vəziyyətinə davam edə bilir. Şizofreniya diaqnozu daha gec qoyulduqda və ya müalicələrdə axsamalar olduqda isə xəstəlik xronik vəziyyətə keçir. Bu zaman müalicənin əsas məqsədi xəstənin şəxsi gigiyenasına baxma, ev işləri və ya yüngül işlərdə işləyə bilmə, dostluq, qohumluq əlaqələrinin davam etdirə bilmək kimi xəstəlik səbəbi ilə itirilmiş sosiyal vəzifələrin yenidən qazandırılmasından ibarət olur.

Unutmamaq lazımdır, şizofreniya bir xəstəlikdir!

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir