Böyük Britaniyalı kimyaçılar zaman keçdikcə bərpa olunmaq qabiliyyətinə malik yeni material ixtira ediblər. İlk öncə təyyarənin qanadlarının təmiri üçün hazırlanmış innovasiyalı texnologiya, demək olar, istənilən səthin bərpasına imkan verəcək.
“Hitech.vesti.ru” saytı bildirir ki, yeni texnologiyanı Dunkan Vassın rəhbərliyi altında Bristol Universitetində işləyən tədqiqatçılar hazırlayıb. Alim bildirib ki, onun komandası insan dərisinin zədəni sağalmaq qabiliyyətindən ilhamlanıb.
Məlumat üçün bildirək ki, elektronika istehsalçıları artıq bir neçə ildir özü bərpa olunan materiallar üzərində təcrübə aparırlar.