İsti yay günləri vücudumuzu sərinlədən dondurmadan gözəl nə ola bilər? Tərkibi bilinməyən dondurma almaq əvəzinə evdə daha sərfəli və doyumlu dondurma hazırlaya bilərsiniz.
“Gencaile.az” saytı olduqca ləzzətli Snickers dondurmasının ev şəraitində hazırlanma qaydasını təqdim edir.
Tərkibi:
2 ədəd “Snickers” şokoladı
yarım stəkan qatılaşdırılmış süd
1 stəkan süd
1 stəkan qaymaq
yarım stəkan şokolad sousu
Hazırlanma qaydası:
Snikersi və qatılaşdırılmış südü su hamamında əridin. Əriyən qarışığı başqa bir qaba tökün,süd, qaymaq və şokolad sousu ilə qarışdırın. 2 saat soyuducuda gözlədin. Qarışığı soyuducunun dondurucu gözünə yerləşdirin və 2 saat dondurun. Nuş olsun!