bsdimcan

Sobada badımcan kababı necə hazırlanır?

Baxış sayı: 1. 998

“Gencaile.az” saytının hər həftə oxucularına təqdim etdiyi “Yeməyə nə var?” rubrikasında bu dəfə badımcan kababının sobada necə hazırlanmasından bəhs edəcəyik.

 

Tərkibi:

3 ədəd badımcan

Yarım kq. orta yağlı qiymə

1 ədəd soğan

1 çay qaşığı duz

Yarım çay qaşığı qara istiot

1 çay qaşığı pul bibər \

1 yemək qaşığı duru yağ

1 yemək qaşığı tomat

2-3 ədəd pomidor

6-7 diş sarımsaq 5-6 ədəd çarliston bibər

 

Hazırlanması: Badımcanları halqavari formada doğrayıb, duzlu suda 30 dəqiqə acılığının çıxması üçün gözlədirik. Qiymənin üzərinə ədviyyatları əlavə edib, qarışdırdıqdan sonra soyuducuda 30 dəqiqə saxlayırıq. Daha sonra kiçik kotletlər hazırlayırıq. Sonra badımcanların üzərinə hazırladığımız kotletləri düzərək, bişirəcəyiniz soba sinisi boyunca (şişə düzülən formada) yerləşdiririk. Sıralama bir badımcan bir kotlet ardıcıllığı ilə sininin sonuna kimi davam etdirilir. Qaba tam formada yerləşdirilsə, bişərkən forması dəyişməz.

 

Üzəri üçün sous: Tomat, qara istiot və duzu qarışdırırıq. Üzərinə 1 stəkan isti su əlavə edirik. Daha sonra duru yağı əlavə edərək qarışdırırıq. Hazırladığımız qarışığı badımcanların üzərinə gəzdirib, zövqə görə bir iki dilim pomidor, çarliston bibəri düzüb, bir neçə diş sarımsaq səpirik. Sobada 200 dərəcədə 45 dəqiqə bişirik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir