Sümük iliyi çox faydalı və inanılmaz dərəcədə dadlıdır. İlikdən hazırlanan şorbadan fərqli olaraq bu gün sümük iliyini sobada bişirməyi təklif edirik. Süfrəyə sarımsaqlı çörək və yaşıl soğanla birlikdə verə bilərsiniz. Beləliklə, sümük iliyi kababının hazırlanma qaydasını təqdim edirik.
Tərkibi:
- 3 ədəd sümük iliyi
- 3 ədəd yaşıl soğan
- 4 diş sarımsaq
- 6 dilim çörək
- zövqə görə duz
Hazırlanma qaydası:
Sümük iliklərini duzlayın və dərin soba sinisinə və ya qazana (sobaya qoya biləcəyiniz) yerləşdirin.
Əvvəlcədən 230 dərəcə qızdırılmış sobada 25-35 dəqiqə bişirin. Sümük ilikdən ayrılacaq dərəcə yumşalıbsa demək hazırdır.
Sümük iliyi bişən müddətdə çörək dilimlərini yağsız tavada qızardın və sarımsağı isti çörəyin üzərinə sürtərək ovun. Yaşıl soğanları doğrayın. Sobadan götürdüyünüz sümük iliklərini dərhal süfrəyə verin.
Çay qaşığıyla sümüyün içərsinidəki iliyi çıxarıb sarımsaqlı çörəyin üzərinə yaxın. Doğranmış soğan səpib yeyə bilərsiniz.