Əgər sobada bişirmək istəmirsinizsə və ya sobanız yoxdursa, amma şirniyyat istəyirsinizsə, bişirmədən hazırlanan tort mükəmməl bir seçimdir.
Bu dəfə, “Gencaile.az” saytının vaxtaşırı instagram səhifəsi olan “my_sweet_house_1” vasitəsilə oxucularına təqdim etdiyi “Şirin süfrə” rubrikasında, bananla hazırlanan çox dadlı bir resept təqdim edirik:
Lazım olan məhsullar:
600-800 ml xama
400 q duzsuz kraker peçenye
3 ədəd banan
Zövqə görə qoz və ya digər çərəzlər
Arasına qoymaq üçün zefir (istəyə bağlı)
50-100 q şəkər
Üzəri üçün şokolad
Hazırlanması:
İlk öncə dərin bir qabda xama, şəkər və rəndələnmiş iki bananı yaxşıca qarışdırın. Bu qarışığı mikserlə çalmaq daha yaxşı nəticə verəcək.
Daha sonra krakerləri əlavə edin və qarışığı 1 saatlıq müddətə kənara qoyun. Bu müddətdə qarışıq biraz daha yapışqan olmalıdır.
İstəyə görə doğranmış qoz və ya digər çərəzləri əlavə edin və yenə 1 saat kənara qoyun.
İki saat sonra qarışıq qalınlaşacaq. Formanı qida plonkası ilə örtün və qarışığın yarısını formaya tökün.
Zefiri nazik dairələrə doğrayın və onu qarışığın üzərinə elə düzün ki, boşluq qalmasın. Zefir kremi əvəz edəcək və xamanı hopduraraq yumşaq edəcək. İstəyirsinizsə, zefiri əvəz etmək üçün banan və ya kivi də əlavə edə bilərsiniz.
Qalan qarışığı da üzərinə əlavə edib, tortu soyuducuya qoyun. Bir neçə saat saxlayın, amma ən yaxşı nəticə üçün bir gecə soyuducuda saxlayın.
Tortu xama, pudinq və ya qatıqla bəzəyə bilərsiniz. Üzərini meyvələrlə və ya sürtgəcdən keçirilmiş şokoladla da şık bir şəkildə bəzəmək mümkündür.
Damaq dadınıza uyğun tort və şirniyyatların sifarişi üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz: