koronavirus

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

Baxış sayı: 611

“Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər”.

Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib.

O qeyd edib ki, bəzi xəstələrdə sağaldıqdan sonra M sinfi antikor titrlərinin uzun müddətli aşkarlanmasını izah ediblər:

“Koronavirusun bədənə təsiri aktiv şəkildə öyrənilməyə davam edir. Covid-19 keçirmiş insanların bağırsaq biopsiyalarında infeksiyadan bir neçə ay sonra belə, immun sisteminin cavab verə biləcəyi SARS-CoV-2 virusunun mRNA-sı və viral zülalın olduğu aşkar edilib. Bu müddət ərzində həmin şəxs artıq virusu digər şəxslərə yoluxdurmur. Amma belə bir tapıntının olması bəzi xəstələrdə koronavirusa qarşı erkən IgM antikorlarının uzun müddətli aşkarlanmasını izah edir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir