Dəb yalnız paltar və ayaqqabıda deyil ev dekorasiyasında da xeyli əhəmiyyətlidir. Bunu nəzərə alaraq, “Gencaile.az” saytının “Evin işi” rubrikasında son dövrün ən məşhur dekorasiya trendlərini sizlərə təqdim edirik.
Bildirək ki, bu mövsüm pastel və yumşaq tonlar daha çox bəyənilir. Ağ, toz çəhrayı, açıq yaşıl, boz ən çox seçilən rənglərdəndir.
Boz rəng
Boz rəng ötən il olduğu kimi, bu il də çox dəbdir. Üstəlik hər tonu ilə memarların da ən çox seçdiyi rənglərdən biri oldu.
Mat əşyalar
Ağ əşyalardakı parlaqlıq dəbi sona çatdı. Yeni trend soyuducu, qabyuyan, paltaryuyan maşını kimi əşyaların mat olmasıdır. Mat əşyalar mətbəxinizə daha müasir bir görünüş verəcək.
Ağıllı ev dizaynları
Texnologiya həyatımızdaki ən vazkeçilməz vasitələrdəndir. Belə ki, ev dekorasiyası belə artıq texnologiyaya görə dizayn edilir. Özündən batareyaya sahib kamodinlər telefonlarınızı enerji ilə təmin edəcək. Cihazınızı sadəcə kamodinlərin üzərinə qoymanız kafi olacaq.
Həndəsi bəzək və şəkillər
Bəzi həndəsi parçalar və rəflərlə evinizə daha müasir bir görünüş qazandıra bilərsiniz. Həndəsi güzgülər də bu il çox dəbdədir.
Açıq havada görünən duşlar
Sanki açıq havadasınız kimi görünən duşlar, həm müasir, həm də çox təbii bir görünüş verir. Taxta dekorasiya ilə inteqrasiya olunan yaşıllıq və ağacların görüntüsü, sanki açıq havadaymışsınız kimi bir təəssürat verir. Təbii ki, imkanı olanlar üçün bu görüntünü olduğu kimi etmək də mümkündür.
Hazırladı: FATEH