Biz qadınlar biriylə yaşadığımız sevgi münasibətinə önəm verir və qarşımızdakı kişini tanımağa çalışırıq. Bəs sevgili olduğunuz kişini nə dərəcədə tanıyırsınız?
Şorgözdürmü? Bu şorgözlüyü sizə nə qədər zərər verir. “Gencaile.az” Aile.lent.az-a istinadən şorgöz kişini tanımağın yollarını təqdim edir:
Sizinlə gələcəyə dair mövzulardan danışmaqdan qaçır və sıxıldığını bildirirsə,
Şəxsi həyatına vaxt ayırmadığını və sizinlə tez-tez görüşməyəcəyini deyir, birlikdə ikən telefonunu ya “uçuş” rejiminə qoyur, ya da söndürürsə,
Sizə zəng etmir və siz zəng etdiyinizdə də məşğul olduğunu, danışa bilməyəcəyini deyirsə,
Getdiyiniz yerlərdə həddən çox özünü göstərirsə,
Hələ sevgili olmanız bir-iki gündür, ancaq ağzından sevgi cümlələri, təriflər əskik olmursa… Diqqətli olun,xanımlar! Şorgözlüyü hər yerindən yağan bu kişidən uzaq durun.