nikah

Sosial bəla: erkən yaşda evlilik öldürür!

Baxış sayı: 1. 381

Erkən yaşda evliliklər günümüzdə cəmiyyətin “qanayan yarası” hesab olunur. Təəssüf ki, hələ də valideynlərinin təzyiqi altında kiçik yaşlarda ərə verilən qızlar var. Həyatı tam olaraq dərk etmədən, tanımadan, həyatdan nə istədiklərini bilmədən, ruhi, fiziki cəhətdən tam inkişaf etmədən uşaq yaşlarında ərə verilən qızların problemi əslində hər birimizin problemidir.

Cinsəlliyin nə olduğunu dərk etməyən uşaq çox vaxt özündən yaşca böyük bir kişiylə evləndirilərək, qadın roluna salınır. Və bu uşaqlar boyun əyərək, onu gözləyən çətinliklərlə təkbaşına, heç bir haqq tələb etmədən mübarizə aparmaq məcburiyyətində qalır.

ol

Niyə qız uşaqları erkən yaşda ərə verilir?

Bu suala cavab axtarıldıqda alt qatda yatan səbəblərin çoxunun maddiyyatla əlaqəli olduğu ortaya çıxır. Qızını oxutmaq üçün maddi imkanı olmayan ailə çarəni onu ərə verməkdə görür.

Erkən yaşda uşağı gözləyən bu cür fiziki və ruhi problemlər onun daşıya bilməyəcəyi qədər ağırdır. Bədəni tam inkişaf etmədən ana olan qız erkən yaşda məhv olur. 30 yaşında artıq yaşlı bir bədənə sahib, lakin ruhu hələ də gənc olan bir qadına çevrilir. Uşaqlıq və yeniyetməliyini yaşamadan ana olan qızın ruhu analıq kimi məsuliyyətin altında əzilir. Erkən yaşda depressiya və psixi problemlərlə üzləşir. Və bunun nəticəsidir ki, gənc qadın intiharlarının sayı getdikcə artıb.

Cəmiyyət olaraq öhdəmizə düşən yeganə şey qadına olan baxışımızı dəyişmək və ona verilən dəyəri artırmaqdır. Qızların da oğlanlar kimi eyni hüquqlara sahib olduqları uşaqlara izah edilməlidir.

Qızların erkən yaşda ərə verilməsinin qarşısını alınması üçün ən ciddi təbdir isə bu cür evliliklərin qanunla qadağan olunması olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir