May ayının 30-dan etibarən Bakıda ucuz – sosial evlərə qeydiyyat başladı. Ölkə başçısının “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən “Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılıb.
Sosial mənzillər üçün qeydiyyatdan necə keçməli? – QEYDİYYAT QAYDASI
İyn 02, 201716
Baxış sayı: 4. 959“Güzəştli mənzil” elektron sistemi Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində, vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını, habelə elektron kabinetin yaradılmasını təmin edir.
Agentliyin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatına 30.05.2017-ci il tarixindən etibarən başlanılacaq. Sistemdən istifadə ilə bağlı ətraflı təlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə www.mida.gov.az və ya www.mida.az internet-saytlarnın ana səhifəsində yerləşən “GÜZƏŞTLİ MƏNZİL SİSTEMİ” keçidi vasitəsilə tanış olmaq mümkündür. Saytın bu bölməsində “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sisteminə daxil olmaq üçün keçid də təqdim olunub.
Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. “Elektron hökumət” portalında “Güzəştli mənzil” sisteminə gücləndirilmiş elektron imza ilə müraciət vətəndaşların fərdi məlumatlarının mühafizəsini, portal vasitəsilə aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir.
Vətəndaşlar Elektron İmzanı və ya Asan İmzanı müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.
Vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə müraciəti qeydiyyata alaraq elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə müraciətlərin qəbulu müvafiq “ASAN xidmət” mərkəzlərində də təşkil olunacaq.
Güzəştli mənzil əldə etmək hüququna malik şəxsin sənədləri Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində və Sumqayıt “ASAN xidmət” mərkəzlərində qəbul edildikdən və 5 iş günü ərzində müvafiq kateqoriyaya aid olması təsdiq olunduqdan sonra, ona “Güzəştli mənzil” elektron sistemində şəxsi kabinetin yaradılması barədə bildiriş göndəriləcək. Bildiriş almış vətəndaş sistemdən və elektron kabinetindən Elektron İmza və ya Asan İmza vasitəsilə istifadə edə biləcək.
Şəxsi elektron kabinetin yaradılması vətəndaşın güzəştli mənzil almaq hüququnu təsdiq edir və mənzil alana qədər qüvvədədir. Mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız 1 dəfə istifadə edə bilər.
“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malik olacaqlar.
GeriBürclər haqqında doğru bildiyiniz YALANLAR
İrəliBir neçə detalla yataq otağını zənginləşdirməyin yolları
cenab pirezdent sizden xayiw edirem menide evle temin edin teze ayle qurmuwam 27 yaeim var
evle temin olunmax isdeyirem
Mən 18 ildir hərbiçiyəm. Zabitəm. Sistem. İnternet falan bu cür şeylərdən qorxuram. Pulum var. İlkin ödəniş edib yasamal rayonundakı sosial evlərdən almaq istəyirəm. Kimsə kömək eləsə mən ona minnətdar olaram. Sağolun
Mənim nömrəm 0704211000. Yasamaldan sosial ev istəyirəm. Zabitəm. Hərbiçiyəm. Hal hazırda işləyirəm.14 il stajım var. İlkin ödənişim də var. İnternetdən almaq. Sənəd yazmağı bacarmıram. Deyin sənədləri əlbə əl verim. Mənə ev verin. Təşəkkürlər. Sağolun.
Salam sizden cox xais edrem cavab veresiniz men sosiyal ev nece elde ede bilerem
Salam men baydarova efsane sizden xais edrem baxarslnlz
0514318956
Cenab Pirezdent sizden xayiw edirem menide evle temin edəsiniz
Salam cenab pirizdent men fehleyem ayda 500 manat maas allam 22 yaşim var evlenmey isteyirem evim yox kirayede qallam menide sosyal evle temin edin bakida işleyirem cox xaiş edirem buda nomrem 0506597859
Salam hörmətli cənablar ikinci Qarabağ döyuşcüsüyem veteranam Gənc Ayləliyəm körpə balalarım var Evim yoxdur Sizdən artıq dərəcədə xahiş edirəm mənə kömək olun menimde evim olsun
Salam mende ailəliyəm 2ovladim var evimiz yoxdu kirayədə qalırıq.bizimde sosial evlere ehtiyacımız varp
Hprmətli ali baş komandan ilham əliyev cənabları sizdən xaiş edirəm 12 ildi kirələrdə qalıram mənə mida sosal evlərdə verəsiz 600 manat maaış alam evim yoxdu deyə çətinliklə dolanıram catıra bilmirəm 2 uşagım var sizdən xaiş edirəm məni evlə sosail evlə təmin edəsiz
Kömək ediləcəyinə inanmasamda bir ümidlə yazıram. Ailəliyəm bir övladım var kirayə qaldığımız evdən aylığı ödəməyə imkanımız olmadığı üçün çıxarıldıq. Qohum evində qalırıq. Bizə evlə bağlı köməklik göstərilməsini istəyirik.
İlahə xanım, biz sayt olaraq sadəcə məlumatı dərc edən tərəfik. Yəni bu mövzuda səlahiyyətli tərəf sizə kömək edə bilər.
Salam axşamın xeyir adim lamiye 34yas yasim va bes övlad anasyam bir qizim xesdedi menim eve etiyacim var sizen xayis edrem mene komey edesiz
5 övlad anasyam aylem icin komey edin xayis erem yodasim fehledi dovleten yardim alram ama dolana bilmirem birde qia sosyal pesye alram xays edrem bizi ev icin qeydyat edin
Canab ilham Əliyevin muraciyet edrem mene ev komeyliyi edsiler 5ovladi nece boyudum