Sosial şəbəkədə tanınmaq o qədər də çətin məsələ deyil. Bunu kiçik hiylələrlə də əldə etmək olar.
“Gencaile.az” bu yazıda həmin hiylələri oxucuları ilə bölüşəcək.
1. Yaxşı bir sosial media izləyicisi olun
Başqalarının paylaşımlarını tez-tez bəyənmək sizin paylaşımlarınızdakı bəyənmələrin sayını artıracaq.
2. Haşteq istifadə edin
Sosial mediada məşhur olmağın qızıl qaydalarından biri də Haşteqdən istifadədir. Bunu etməklə paylaşımlarınızın daha geniş auditoriyaya yayılmasını təmin edə bilərsiniz. Amma əsas olan mövzu ilə bağlı Haşteq tapmaqdır. Uzun və mənasız Haşteqlər yerinə daha sadə Haşteqlərə üstünlük vermək önəmlidir. Məsələn, #yeniilxoşgəlir yerinə, #yeniil #2017 yaza bilərsiniz.
3. Saat məsələsinə diqqət edin
Yanlış zamanda edilən paylaşımlar “like” sayına təsir edən əsas detallardan biridir. Məsələn, gecə saatlarında edilən paylaşımlar az like gətirir. Çünki insanlar həmin vaxtda yuxuda olur.
4. Şəkilə aydınlıq gətirən temalardan istifadə edin
Paylaşdığınız fotoların məzmununa fikir vermək lazımdır. Çünki “Like” sayına təsir edən əsas amillərdən biri məzmundur. Paylaşacağınız fotolarda tünd məzmunlar əvəzinə fotonuza aydınlıq gətirən məzmunlardan istifadə edin.
5. Ard-arda fotolar paylaşmayın
Ard-arda birdən çox foto paylaşmaq bəyənmə sayına təsir edən əsas amillərdən biridir. Paylaşım etdikdən sonra bir müddət gözləməkdə fayda var.
6. Arxa plana diqqət edin
Şəkildə arxa plan əsas ünsürlərdən biridir. Doğru arxa plan şəklin bəyənmə sayına təsir edir.
7. Təbii olun
Sünilikdən uzaq, təbii çəkilən fotolar daha orijinal və diqqət çəkən olur. Bunu şəkillərinizdə tədbiq etdiyiniz zaman bəyənilərin də sayının artacağına özünüz şahid olacaqsınız.
Yəqin bu yazı ən çox oxunan yazılardan biri olacaq. Nə də olsa, hamının dərdi daha çox “Like” toplamaqdı son vaxtlar