sosial sebeke

Sosial şəbəkələrdə tanışlıq evlilik ənənələrinə zərər vurur?

Baxış sayı: 505

“Azərbaycanda da dünyada olduğu kimi internet və sosial şəbəkələr həyatımızın bütün sahələrinə daxil olduğu kimi həm də özəl, mərhəm tərəflərimizə də təsir etməyə başlayıb. Bu baxımdan sosial şəbəkələr vasitəsilə tanışlıq, dostluq, tərəfdaşlıq etmək və bu yöndə özünə uyğun insan, peşəkar sevgili tapmaq yeni trendə çevrilib. Fərq etməz real həyatda, yaxud sosial şəbəkələr vasitəsilə gənclər, hətta yaşlı nəslin nümayəndələri bir-birini bəyənirsə, mütləq 6 ay, 1 il ərzində bu münasibəti aydınlaşdırmaq üçün tanışlıq müddəti seçməlidirlər. Əgər sosial şəbəkədə tanış olub 5 dəqiqədən sonra evlilik təklifi verib, 1 gündən sonra toy edib, 3 gündən sonra ayrılacaqsınızsa, bununla siz həm özünüzü, həm doğmalarınızı, həm də əks tərəfi və onun qohumlarını çox pis vəziyyətdə qoymuş olursunuz. Bu, real və sosial həyatda da belədir”. Bu sözləri Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyir.

Aydın Xan Əbilov: belə getsə, Mədəniyyət Nazirliyini ləğv etmək lazım gələcək. Nazirlikdən xalq artistinin dəfninə laqeydlik sosial şəbəkələrdə müzakirə olunur… – Yenimedia.net – Sosial-Analitik Portal

Onun sözlərinə görə, belə etməklə bir sosial varlıq olaraq həm öz, həm də qarşı tərəfin imicini məhv etmiş olursunuz: “Ona görə də bu tipli tanışlıq və evlilik bir qədər ehtiyat tələb edir. Baxmayaraq ki, keçmişdə də Azərbaycanda mental dəyərlərimizdə nişanlanma mərasimi var idi. Nişanlı qız və oğlana 6 ay vaxt verilirdi ki, bir-birlərini tanısınlar. Buna misal olaraq “Məşədi İbad” filmindəki adaxlıbazlıq səhnəsini göstərə bilərik. Nişanlanandan sonra insanların bir-birini tanıması, psixoloji, mənəvi, ruhi və fizioloji olaraq bir-birini həzm etməsi üçün bir müddət seçilirdi. 6 ay və ya 1 il nişanlılıq dönəmində gənclər kiçik evlilik ömrü yaşayırdılar”.

Ekspert sözlərinə davam edərək bildirir ki, insan nə qədər artist olsa, öz xasiyyətini gizlətməyə çalışsa da, 1 il ərzində artıq bir çox sirləri açılmış olur: “Qarşı tərəf bilir ki, bu insanla ömürlük, yaxud qısamüddətli münasibətdə ola bilər, ya yox. Qısamüddətli deyəndə nişanlı cütlük artıq bir-birini tanıyandan sonra həm özləri, həm də ailələri bu münasibətlərin uzun ailə həyatına çevrilməsinə qərar verə bilirlər. Bu da ailənin, gələcəkdə bağlanan nikahın möhkəmliyinə dəlalət edir. Son vaxtlar isə bu yöndə çox mənfi hallarla üzləşirik. Real həyatda olduğu kimi, virtual həyatda da tanışlığın müsbət və mənfi tərəfləri var. Statistik cəhətdən hər iki halda eyni nəticələr ola bilir. Getdikcə real həyatdakı mənfiliklər sosial həyatda da özünü göstərir. İnternet vasitəsilə tanış olub evlənənlərin ailə həyatının daha möhkəm olmasının şahidi oluruq. Əgər birinci mərhələdə internet vasitəsilə evlənənlər ayrılırdısa, indi bunu görmürük. Əksinə, hər iki halda münasibətləri aydınlaşdırıb bir-birini tanıyandan sonra evlənənlərin boşanmaya daha az meyilli olduğunu müşahidə edirik. Bu da sevindirici haldır. Hər iki halda tanışlıq gözəldir və insanlar bundan çəkinməməlidir. Amma birinci şərt odur ki, qurulan münasibətlər möhkəm olmalıdır”.

 

Ləman Sərraf




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir