sosial sebeke

Sosial şəbəkələrdə tanışlıq zamanı edilən 9 səhv

Baxış sayı: 1. 034

Bildiyiniz kimi günümüzdə sosial şəbəkələr yeni tanışlıqlar qurmaq üçün ən ideal yerlərdən biridir. Lakin bir-birinizdən uzaq olmanız hardasa sizin həyəcanınızı yatırsada, ünsiyyət qaydaları və bir sıra başqa amil yenə də öz sözünü deyir.

Qadın psixologiyasına bələd olmayan insanlar tez-tez tanışlıq zamanı səhvlərə yol verir. Sizə sosial şəbəkələrdə tanışlıq zamanı edilən səhvlərin siyahısını təqdim edirik.

 

 

1) Avatara “reportaj” şəkli qoymayın

Günəş eynəkli, idman zalında, pivə içərkən və ya “Buqatti” önündə çəkilmiş foto sizə marağı artırmır. Statistikaya əsasən, qızlar əsasən iri gülərüz şəkil qoyulan səhifələrə “klik” edir. İlk növbədə gülüş və səmimi baxış qadını cəlb etmək üçün yetərlidir. Əsas odur ki, fotoşopdan istifadə etməyəsiniz.

 

2) Şübhə yaradacaq foto- və videoalbomları gizlədin

Başqa qızlarla şəkil (bacınız belə olsa) sizə qarşı şübhələri artırır. Buna görə də, sizi yaxşı tərəfdən göstərən fotoları saxlayın. Məsələn iş başında, balıq tutarkən və ya qohumlarla msa arxasında oturarkən. Əsas odur ki, hamısında ayıq olmalısınız.

 

3) Lazımsız şərhləri silin və ya pozun

Bu məsləhəti kompüterin və ya telefonun üzərinə yazın ki, yaddan çıxarmayasınız. Artıq kimləsə münasibət yaratdıqdan sonra şəhrlərinizdə “Gözəlim, dünən hər şey əla idi” yazısını saxlaya bilərsiniz.

 

4) Saxta profilləri ayırd etməyi öyrənin

Bir çox spamer və yeniyetmə öz profilinə saxta şəkil qoyur. Bunu ayırd edə bilmək üçün şəkli “Google”da fotoaxtarış bölümünə qoyub onu araşdırın. Əgər həmin şəkil bir çox yerdə peyda olursa, demək qarşısınızdakı profil 100% saxtadır.

 

5) Kəmiyyətlə fəth edin

Sözsüz ki, kimə yazacağınız adamı seçməlisiniz. Lakin hərdən gözəl bir ifadəni kopyalayıb 10-la qıza eyni zamanda göndərə bilərsiniz. Bunun da səmərəsi var. Bundan əlavə, öz maraq daiərnizi genişləndirin, çalışın bir çox mövzuda öz sözünü deyə bilsiniz.

 

6) Rəfiqələrinizlə ehtiyyatlı olun

Bir-birini tanıyan qızlarla eyni zamanda söhbətləşməyin. Çünki onlar bunu bir-birinə deyə bilərlər. Bu sizi gözlənilməz suallardan qoruya bilər.

7) Kimə yazdığınızı bilin

Əgər qız qoyduğu şəkildə tək deyilsə, və ya üzünün bir hissəsini qoyubsa ona yazmaq məsləhət deyil. Bu gizlilik və ya münasibətdə olmağına işarə ola bilər.

 

8)  “Siz”lə söhbət etməyə başlayın

Həmişə yeni tanışlıqda “siz”lə söhbət edin. Qadınların bundan xoşu gəlir, siz isə daha olğun görsənirsiniz. Həmçinin gedişatda sizin “sən”ə keçmək şanınız olacaq.

 

9) Səhvsiz yazmağa çalışın

Savadsız yazı tərzi sizə şan qatmaz. Əksinə, qadın bundan narahat ola bilər. Savadsızlıq adətən perspektivsizliyin göstəricisidir Söhbət elmi mövzularda fikir bölüşməsindən getmir. Sadəcə nə qədər duz yazsanız, o qədər cəlbedici görsənəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir