sosial sebeke

Sosial şəbəkələrin inanılmayan yalanları

Baxış sayı: 959

Ağıllı telefon və sosial şəbəkələr insana həyatının əsasını təşkil edənə qədər qarşındakını sadə yalanla inandırmaq asan idi. Amma indi yalanların sayı çoxalsa da, inandırmaq artıq əvvəlki kimi asan deyil.

Beləliklə, bu günümüzdə inanılmayan aktual yalanlardan bəzilərini təqdim edirik:

Ağıllı telefondan kimisə siləndə və qarşı tərəf bunu bilən zaman, “telefon format olunub”, deyirik.

Sosial media  hesabının blok olduğunu elan edib, izləyicilərdən nötqə, vergül sayəsində aktivlik qazanmaq.

Layk etməyən insanları dostluqdan silməklə təhdid edilir.

sosial sebekeler

Birgə çəkilən fotonu sosial şəbəkədə paylaşılmasını istəməyən tərəf “yaxşı düşməmişəm”, və ya “effekt verən zaman silindi” kimi yalanlarla bu əzabdan qurtulur.

Sosial media hesablarının istifadəçi üçün nəzərdə tutduğu gizlilik funksiyasından yararlanaraq, hekayələri izlədiyi halda, baxmamış kimi görünmək.

Görüb də, bəyənmədiyin paylaşımlara “vaxtım yoxdu, sosial şəbəkələrə baxa bilmirəm”, bəhanəsi ilə azad olmaq.

Dostluqdan çıxartdığın insanlar bunun biləndə səbəbkar kimi Markın tətbiq etdiyi yeniliyi göstərmək.

Evdə körpə olan zaman bəhanələr və yalanlar hər zaman inandırıcı olur. Məsələn, cavab yazılmayan mesajlara “telefon uşaqda idi” və ya “mesajı uşaqlar açıb, xəbərim olmayıb” kimi cavablar vermək mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir