01f2c4cb721677e969382880f7b3271a

Sosioloq od püskürdü: Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram

Baxış sayı: 339

“TikTok”da əyləncə yarışları ilə cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə bir neçə şəxsin həbsi gündəmdəki yerini qoruyur.

Məsələyə münasibət bildirən sosioloq Mətanət Məmmədova bildirir ki, qonşu ölkələrin təcrübəsindən də qara işlərin arxasında olan insanlar daha çox tanınandan sonra öz əməllərini ortaya qoyduqları müşahidə edilir:

Metanet Memmedova

“Azər Zahidi əvvəl televiziya məkanında tanıyırdıq. Sonradan televiziyadan yoxa çıxdı. Yenidən qayıdanda isə sosial şəbəkələrdə gördük. Sosial şəbəkələrdə isə onun əxlaqsızlıq yayan verilişlərin çəkib insanlara təqdim etməsinin şahidi olduq. Hər zaman bir hadisə digər hadisənin doğmasına səbəb olur. Çoxsaylı şikayətlərin nəticəsitəbii ki, belə də olmalı idi. Ölkədə kim nə ilə məşğul olursa, harada, hansı hadisə baş verirsə, hüquq mühafizə orqanlarının gözündən qaça bilməz. Ümumiyyətlə Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram. Birinci və İkinci Vətən müharibələrində 10 yaşında olan oğullarımız sinəsini erməni gülləsi qarşısına verərək şəhid və qazi olublar. Bizim bu cür igid oğullarımızın qarşısında belə kişilərin olması utancvericidir. Onlar öz törətdikləri cinayətə görə cəzalarını almalıdırlar”.

 

Fidan Həmişəyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir